Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Arif Hacılı “Bandotdel”dən çıxdı
Arif Hacılı “Bandotdel”dən çıxdı
13 Yanvar 2016 / 17:05 / Baxış sayı: 620
Font1 Font2 Font3 Font4

Müsavat başqanı Arif Hacılının Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin rəisi, general Seyfulla Əzimovla görüşü artıq başa çatıb. Məlumatı Müsavat Divanının üzvü Nemət Kərimli verib. Onun sözlərinə görə, görüşün təfərrüatları ilə bağlı partiyanın mətbuat xidməti məlumat yayacaq.

***
14:21

Müsavat başqanı Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə çağırılıb.“Qafqazinfo” xəbər verir ki, bu gün Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin nümayəndələri Müsavat Partiyasının qərargahına gələrək, partiyanın başqanı Arif Hacılının BMCMİ-yə dəvət olunduğunu bildiriblər.

BMCMİ-nin nümayəndələri qeyd ediblər ki, idarənin rəisi general Seyfulla Əzimov Arif Hacılı ilə görüşüb söhbət etmək istəyir. Söhbətin hansı mövzuya aid olduğu deyilməyib. Arif Hacılı bu gün saat 15:00-da BMCMİ-də olacaq.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə