Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Dərmanı bahalaşdıran şirkət rəhbəri tutuldu
Dərmanı bahalaşdıran şirkət rəhbəri tutuldu
13 Yanvar 2016 / 19:08 / Baxış sayı: 496
Font1 Font2 Font3 Font4

Süni qiymət artıran şirkətin vəzifəli şəxsinin qanunsuz əməlləri ifşa edilib.

Dərman satışında süni qiymət artıran şirkətin vəzifəli şəxsinin qanunsuz əməlləri ifşa edilib. Baş Prokurorluğun mətbuat xidmətindən verilən məlumata görə, “Novo Vita P” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən dərman vasitələrinin qiymətinin süni surətdə artırılması barədə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə daxil olmuş vətəndaş müraciəti əsasında istintaq-əməliyyat tədbirləri həyata keçirilib.

Belə ki, keçirilmiş istintaq-əməliyyat tədbirləri ilə Bakı şəhəri, Nəsimi rayonu, Mirəli Qaşqay küçəsi, 150A saylı ünvanda yerləşən “Novo Vita P” MMC tərəfindən ölkəmizə idxal olunan dərman vasitələrinin qiymətinin süni surətdə dəfələrlə artırılması, gömrük bəyannaməsi olmayan dərman vəsitələrinin anbarda saxlanması və qanunsuz satılması müəyyən edilib.

Bundan başqa, cəmiyyətin idxal və satışı ilə məşğul olduğu çoxsaylı dərman vasitələrinin ayrı-ayrı həkimlər tərəfindən xəstələrə yazılması müqabilində sonunculara verilən pul məbləğləri (faizlər) yazılmış jurnallar, reseptlər, qara mühasibatlığın aparılmasına dair kitablar və istintaq üçün əhəmiyyət kəsb edən digər qeydlər aşkar edilərək götürülüb.

“Novo Vita P” MMC-nin icraçı direktoru İqbal Heydər vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə, özü və ya üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə dərman vasitələrinin qiymətini süni şəkildə dəfələrlə qaldıraraq vətəndaşların hüquqlarına və qanuni mənafelərinə mühüm zərər vurmasına şübhələr üçün əsaslar olduğundan Cinayət Məcəlləsinin 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddəsi ilə cinayət işi başlanıb və İ.Heydərov şübhəli şəxs qismində saxlanılıb.

Hazırda cinayət işi üzrə təqsirkar şəxslərin müəyyən edilərək cinayət məsuliyyətinə cəlb edilmələri istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Ötən gün Baş Prokurorluq dərman və yumurtanın qiymətində süni artıma yol verən şirkət rəhbərləri barəbə cinayət işi qaldırılıb. Məlumatda bildirilirdi ki, İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən aparılmış monitorinq zamanı “Giləzi – Quşçuluq Şirkəti” MMC, “Hacıqabul Quşçuluq Şirkəti” MMC və “Astel LTD” MMC–nin vəzifəli şəxsləri tərəfindən vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə yumurtanın pərakəndə satış qiymətinin bahalaşdırılması ilə istehlakçıların mənafeyinə mühüm ziyan vurulması halları müəyyən olunduğundan müvafiq materiallar Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə göndərilib və toplanmış materiallar əsasında 12 yanvar 2016-cı il tarixdə fakta görə Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) və 200.1-ci (istehlakçıları aldatma və ya pis keyfiyyətli məhsul istehsal etmə və satma) maddələri ilə cinayət işi başlanıb.

Hazırda təqsirkar şəxslərin müəyyən edilərək cinayət məsuliyyətinə cəlb edilmələri istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə