Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Prezidentin təyin etdiyi direktor kimdir?
Prezidentin təyin etdiyi direktor kimdir?
14 Yanvar 2016 / 11:30 / Baxış sayı: 652
Font1 Font2 Font3 Font4

Yanvarın 13-də Azərbaycan Prezidenti İlham Əliyev Vüsal Ağaməmməd oğlu Kərimlini yeni yaradılan Nazirlər Kabineti yanında Bakı Nəqliyyat Agentliyinə baş direktor təyin edib. 

Xatırladaq ki, prezident İlham Əliyev 2015-ci il dekabrın 21-də Bakı şəhərində nəqliyyat sahəsində islahatların keçirilməsinə dair əlavə tədbirlər haqqında fərman imzalayıb. Fərmana əsasən, Nazirlər Kabineti yanında Bakı Nəqliyyat Agentliyi yaradılır və Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) də Nəqliyyat Nazirliyinin tabeliyindən çıxarılaraq yeni qurumun tabeliyinə verilir. Fərmanla, həmçinin, faktiki olaraq, Nəqliyyat Nazirliyinin tabeliyində olan Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin bəzi səlahiyyətləri də Bakı Nəqliyyat Agentliyinə verilir.

Bakı Nəqliyyat Agentliyinə baş direktor təyin edilən Vüsal Kərimli bundan əvvəl “BakuBus” MMC-nin direktor müavini vəzifəsində çalışıb.

Qeyd edək ki, “BakuBus” MMC 2014-cü ilin aprelində Nazirlər Kabinetinin qərarı ilə Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyində özünümaliyyələşdirmə prinsipi əsasında fəaliyyət göstərən, payları dövlətə məxsus şirkət kimi yaradılıb.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə