Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

“İndoneziyada ölənlər arasına azərbaycanlı yoxdur”
“İndoneziyada ölənlər arasına azərbaycanlı yoxdur”
14 Yanvar 2016 / 11:42 / Baxış sayı: 566
Font1 Font2 Font3 Font4

“İlkin məlumata əsasən İndoneziyanın paytaxtı Cakartada bu gün baş vermiş terror aktlarında həlak olan və ya xəsarət alanlar arasında Azərbaycan Respublikasının vətəndaşları yoxdur”. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib. 

Onun sözlərinə görə, Azərbaycanın İndoneziyadakı səfirliyi fəaliyyətini davam etdirir və məsələ ilə əlaqədar İndoneziyanın dövlət qurumları ilə təmasdadır.

“Səfirlik tərəfindən İndoneziyada daimi əsasda yaşayan Azərbaycan vətəndaşlarına kütləvi yerlərdən kənar durmaları tövsiyə olunur. Azərbaycanın İndoneziyadakı səfirliyində otuza yaxın Azərbaycan vətəndaşı konsulluq qeydiyyatındadır”, – H.Hacıyev bildirib.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə