Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

“Ailə TV” vətəndaşları niyə aldadır?
“Ailə TV” vətəndaşları niyə aldadır?
14 Yanvar 2016 / 12:23 / Baxış sayı: 330
Font1 Font2 Font3 Font4

“Ailə TV” kabel televiziyası ilə bağlı növbəti şikayət var. İsa İsazadə adlı abunəçi “Ailə TV”-dən narazıdır. Onun sözlərinə görə, “AiləTv”-yə qoşulub, sentyabr və oktyabrda iki ay ödəniş edib: “Amma iki ay içində gəlib qoşmadılar. Əvvəlcə damın açarı tapılmır, sonra işçilər ərazidə deyil, sonra da sabah-sabah deyə yola verdilər. TV paketini ləğv etdirdim”.

Müştəri qeyd edib: “İki gün əvvəl zəng elədilər ki, sizin 2 aylıq TV borcunuz var. Ləğv etdirdiyim halda onların mənə borc yazma haqqı var? Birinci ay ödədim onda qoşmadılar, dedilər ki, damın açarı yoxdu. Sonra yenə gedib tələb elədim, dedilər ki, açarı tapmışıq, ən gec 4 gün müddətində qoşulacaq. Mən də həmin vaxt internet və TV paketinin pulunu bir yerdə verdim. Fikirləşdim ki, nə də olsa, 4 günə qoşulacaq. Amma yenə faydası olmadı. İnternetdən istifadə elədim. Amma əvvəlcədən deyim ki, onların pulu ayrı-ayrılıqda hesablanır. Axı onların ödənişi ayrıdı, qəbz də ayrı verilir?!”

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə