Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

“SOCAR Gürcüstan qarşısında bütün öhdəliklərini yerinə yetirir”
“SOCAR Gürcüstan qarşısında bütün öhdəliklərini yerinə yetirir”
14 Yanvar 2016 / 12:26 / Baxış sayı: 1486
Font1 Font2 Font3 Font4

“SOCAR Gürcüstan qarşısında bütün öhdəliklərini yerinə yetirir”. “Report” Gürcüstan KİV-inə istinadən xəbər verir ki, bunu SOCAR prezidenti Rövnəq Abdullayev Gürcüstanın “Rustavi-2” telekanalına müsahibəsində bildirib.

R.Abdullayev Gürcüstanın baş naziri Georgi Kvirikaşvili və hökumətin iqtisadi komandası ilə danışıqların yaxşı keçdiyini bildirib.”Gürcüstan hakimiyyətinə qəbul üçün təşəkkür edirəm. “SOCAR Georgia” layihəsi uğurlu işləyir. Biz Gürcüstan hakimiyyəti qarşısında olan bütün öhdəliklərimizi yerinə yetiririk.

Neft və qazın qiyməti ilə əlaqədar çətinliklərə baxmayaraq, öhdəliklərimizi yerinə yetiririk. Danışıqlara gəlincə isə, o, əsasən bir neçə texniki problemlə bağlı idi. Energetika Nazirliyi ilə birgə işləyərək bütün məsələləri həll edə biləcəyik”, – deyə R.Abdullayev əlavə edib.

Qeyd edək ki, dünən Tbilisidə SOCAR nümayəndələri və Gürcüstanın hökumət rəsmiləri arasında görüş keçirilib. Görüşdə Azərbaycan tərəfdən SOCAR prezidenti Rövnəq Abdullayev, vitse-prezident Elşad Nəsirov, Sərmayələr İdarəsinin rəisi Vaqif Əliyev, Marketinq və iqtisadi əməliyyatlar İdarəsinin rəisi Ədnan Əhmədzadə, “SOCAR Energy Georgia”nın baş direktoru Mahir Məmmədov, Gürcüstan tərəfdən isə bu ölkənin baş naziri Georgi Kvirikaşvili, energetika naziri Kaxa Kaladze və digər rəsmilər iştirak ediblər.

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Gürcüstan hakimiyyəti qarşısındakı bütün öhdəliklərini yerinə yetirir.

arxiv.bizimxeber.az

 



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə