Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Sumqayıt polisi müəllimin ifadəsini alıb
Sumqayıt polisi müəllimin ifadəsini alıb
14 Yanvar 2016 / 12:29 / Baxış sayı: 282
Font1 Font2 Font3 Font4

Sumqayıt şəhəri 22 saylı məktəbdə müəllimin şagirdi döyməsi hadisəsi ilə əlaqədar təhsil müəssisəsinə polis əməkdaşları gəlib. Bu barədə “Report”a məktəbin direktoru Tahirə Səfərova məlumat verib.

Onun sözlərinə görə, hazırda Sumqayıt Şəhər 3-cü Polis Bölməsinin əməkdaşları məktəbdə məsələ ilə əlaqədar araşdırma aparır, hadisəni törədən İdris Hüseynovdan, habelə şagirdlərdən (onlar VIII sinif şagirdləridir) ifadə alır.

Məktəb direktoru onu da qeyd edib ki, tarix müəllimi İdris Hüseynovun işdən çıxmaqla bağlı yazdığı ərizə Sumqayıt Şəhər Təhsil Şöbəsinə təqdim edilib: “Müəllimin işdən çıxması haqda qərar Təhsil Nazirliyi və Sumqayıt Şəhər Təhsil Şöbəsinin birgə müzakirəsindən sonra veriləcək”.

Qeyd edək ki, sosial şəbəkələrdə müəllimin şagirdi döyməsi ilə bağlı videogörüntülər yayılıb. Məlum olub ki, görüntülər Sumqayıt şəhəri 22 saylı məktəbdə keçən həftə çəkilib.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə