Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Neft Fondu ayrı-seçkilik edib – 200 milyon dollar məsələsi
Neft Fondu ayrı-seçkilik edib – 200 milyon dollar məsələsi
14 Yanvar 2016 / 13:27 / Baxış sayı: 564
Font1 Font2 Font3 Font4

“Yanvarın 13-də Neft Fondu banklara ümumilikdə 200 milyon dollar satıb. Bu, bazarı tam təmin etməsə də, indiki dövrdə Mərkəzi Banka böyük dəstəkdir”. Bunu AzNews.az-a iqtisadçı ekspert Samir Əliev deyib.

Onun sözlərinə görə, orta hesabla hər banka 6,25 milyon dollar düşüb: “İlk baxışdan bank sektorunun 2/3-sinin dollar satışından yararlanması təsəvvürü yaranır. Əslində isə həmin vəsait əsasən 2 banka – Beynəlxalq Bank və Paşa Banka satılıb. Yerdə qalan banklara çox cüzi pay düşüb. Təəssüf ki, ölkə iqtisadiyyatındakı ayrı-seçkilik Neft Fondunun da fəaliyyətinə sirayət edib. Mərkəzi Bankın mərkəzləşdirilmiş kreditləri də bir qayda olaraq məhdud sayda banka nəsib olur. Eyni banklar eyni mənbələrdən faydalanırlar”.

Samir Əliyev qeyd edib ki, digər problemli məsələlərdən biri də satışa çıxarılan dolların həcmi ilə bağlıdır: “2016-cı ildə Neft Fondu dövlət büdcəsinə hər ay təxminən 320 milyon dollar transfer etməli olduğundan yanvarda həmin məbləği də satışa çıxartmalı idi. Amma göründüyü kimi öhdəlikdən 120 milyon dollar az satış həyata keçirilib. Az ehtimal olmasına baxmayaraq ola bilsin ki, ay ərzində növbəti satış həyata keçirilsin. Yaxud da Fondun büdcə icrasında problem yarandığından öhdəliyini tam yerinə yetirməyə çətinlik çəkir və növbəti satış fevral ayına təsadüf edəcək. Deməli, manata təzyiqlər daha da artacaq”.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə