Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Kaspi.az saytının ingilisdilli versiyası fəaliyyətə başlayıb
Kaspi.az saytının ingilisdilli versiyası fəaliyyətə başlayıb
14 Yanvar 2016 / 13:29 / Baxış sayı: 710
Font1 Font2 Font3 Font4

Bu gündən etibarən “Kaspi” qəzetinin kaspi.az saytının ingilisdilli versiyası fəaliyyətə başlayıb. Bu barədə qəzetin baş redaktoru İlham Quliyev məlumat verib. O qeyd edib ki, saytın ingilisdilli versiyasının fəaliyyətə başlaması üçün uzunmüddətli hazırlıq işləri həyata keçirilib, texniki və kadr bazası yaradılıb.

Baş redaktor əlavə edib ki, qəzetin saytının ingilisdilli versiyasının hazırlanması təşəbbüsü çoxdan mövcud olub, keçən il milli mətbuatın 140 illik yubileyi ərəfəsində Prezident İlham Əliyevin Mətbuat Şurasının İdarə Heyətinin üzvləri ilə görüşündən sonra bu istiqamətdə konkret addımlar atılmağa başlayıb.

Qeyd edək ki, saytın ingilisdilli versiyasında “Kaspi” qəzetində dərc olunan məqalələr və ölkə xəbərləri yer alacaq. “Əsas məqsədimiz Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə çatdırmaqdır” – deyə baş redaktor bildirib.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə