Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Bakuinfo.az saytının 3 yaşı tamam oldu
Bakuinfo.az saytının 3 yaşı tamam oldu
14 Yanvar 2016 / 13:58 / Baxış sayı: 212
Font1 Font2 Font3 Font4

Bugün Azərbaycanda öz dəsti-xətti, nüfuzu ilə seçilən Bakuinfo.az informasiya portalının 3 yaşı tamam olur. 

3 il əvvəl təsis edilən Bakuinfo.az portalı müstəqil informasiya siyasəti həyata kecirən media orqanıdır. Saytda Azərbaycanın ictimai, siyasi, sosial və mədəni həyatında olan yeniliklərlə bərabər, digər Qafqaz ölkələrində, habelə dünyada baş verən maraqlı xəbərlər oxuculara çatdırılır. Bundan basqa, internet saytda müxtəlif sahələrdən bəhs edən müsahibələr, təhlillər, reportajlar, müəllif yazıları işıqlandırılır. İnternet qəzet siyasi və sosial qrupların heç birinə qarşı ayrı-seçkilik etmir, tam obyektiv və müstəqil olaraq, şərhsiz xəbər yayır. 

Bu media layihəsinin işində redaksiyanın yaradıcı kollektivi ilə yanaşı oxucular da aktiv iştirak edə bilərlər. Bakuinfo.az informasiya portalı ölkəmizdə fəaliyyət göstərən internet media resursları arasında özünün xüsusi çəkisi olan bir portaldır. 3 il az bir müddət olmasına baxmayaraq sayt kifayət qədər oxucu auditoriyası qazanmağa müvəffəq olub. Cəmiyyətdə spesifik, ciddi sayt kimi qəbul olunan Bakuinfo.az saytı bu qısa zaman kəsiyində həm də xalqın poliqonuna çevrilməyi bacarıb. Təbii ki, bu işdə saytın yaradıcı kollektivinin böyük zəhməti var.

Azadinform İnformasiya Agentliyi adından saytın baş redaktoru Əvəz Qurbanlı başda olmaqla bütün Bakuinfo.az ailəsini təbrik edir, şərəfli və məsuliyyətli peşələrində yeni-yeni yaradıcılıq uğurları arzu edirik.

arxiv.bizimxeber.az-ın kollektivi təbriklərə qoşulur, yeni-yeni yaradıcılıq uğurları arzulayır.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə