Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Masallıda yanacaqdoldurma məntəqəsinə silahlı basqın
Masallıda yanacaqdoldurma məntəqəsinə silahlı basqın
14 Yanvar 2016 / 14:07 / Baxış sayı: 330
Font1 Font2 Font3 Font4

Həbs edilən var. Masallı rayonunda yanacaqdoldurma məntəqələrinə silahlı basqın edən şəxs tutulub. Oxu.Az-ın məlumatına görə, Masallı rayon Polis Şöbəsinin istintaq bölməsinin rəisi Elçin Fərəcov  bildirib ki, yanvarın 14-də rayonun Sərçuvar kəndində Bayram Məmmədova məxsus yanacaqdoldurma məntəqəsinə silahlı basqın olması barədə məlumat daxil olub.

Daxil olan məlumat əsasında dərhal əməliyyat qrupu yaradılıb və həyata keçirilən təxirəsalınmaz əməliyyat tədbirləri nəticəsində hadisəni törədən rayonun Çaxırlı kənd sakini, 1992-ci il təvəllüdlü Cəlal İlqar oğlu Cəlalzadə tutulub.

Araşdırmalar zamanı müəyyən edilib ki, adıçəkilən şəxs ötən ilin dekabrında elə həmin yanacaqdoldurma məntəqəsinə basqın edərək oradan 700 manat pul aparıb. Bundan başqa, C. Cəlalzadə yanvarın 4-də rayonun Musaküçə kəndində yerləşən, Cəmaləddin Heydərova məxsus yanacaqdoldurma məntəqəsinə silahlı basqın edərək 300 manat pul aparıb. Faktla bağlı cinayət işi başlanıb, istintaq hərəkətləri davam etdirilir.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə