Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Dövləti belə sevmirlər, cənablar…
Dövləti belə sevmirlər, cənablar…
14 Yanvar 2016 / 18:37 / Baxış sayı: 1028
Font1 Font2 Font3 Font4

Lənkəran, Ağcabədi, Ağsu, Siyəzən rayonlarında baş verən son hadisələrlə əlaqədar icra başçılarının fəaliyyəti tam nəzarətə götürülüb. Söhbət təkcə həmin rayonlarda aksiyalardan sonrakı durumun nəzarət altına alınmasından yox, bu vəziyyətə gətirib çıxaran səbəblərin araşdırılmasından gedir. Əslində baş verən aksiyaları təkcə qiymətlərin qalxmasına etiraz kimi qiymətləndirmək doğru deyil.

Hadisələrin təhlili göstərir ki, bölgələrin bu vəziyyətə salınmasında əsas günahkarlar həmin rayonlara rəhbərlik edən şəxslərdir və insanlar bunların illər boyu etdiklərinin acığını çıxmaq istəyir. Yayılan videolardan, verilən açıqlamalardan açıq-aşkar görünür ki, əksər icra başçıları rayon sakinləri ilə dil tapa bilməyib, problemlərin qalaqlanmasına göz yumub.

Bu da qismən sonluq…

Bu gün insanlar rayonun rəhbəri hesab olunan icra başçılarının üzərinə qışqırır, onları aşağılayır və yaxud təhqir edir. Süni bahalaşmanın qarşısını almaq üçün isə mütləq etiraz aksiyalarının keçirilməsini gözləmək lazım deyildi. Bunu ancaq “qara niyyətlərə” qulluq edənlər düşünə bilərdi. İndiki halda isə rayondakı təsir imkanlarını bu yolla qiymətləndirməyə çalışan icra başçıları vəziyyətin dözülməz həddə çatmasında birbaşa məsuliyyət daşımalıdırlar. Cünki prossesləri qabaqlamaq və alovun zamanında alışmasına mane olmaq lazım idi.

Bəs niyə olmadı? Ona görə ki, qiymətlərin süni bahalaşdırılmasından götürülən əlavə qazanclara şərik olmaları onları bu prosesin qarşısını almağa imkan vermir. Bəli, mən bir baş redaktor olaraq bunun ciddi ittiham olduğunu anlayıram.

Acı da olsa reallıqdır və əsaslandırmağa çalışacam.

Əksər icra başçıları prosessi düzgün qiymətləndimək əvəzinə həmişə olduğu kimi şəxsi qazanclarını əsas götürdülər. Aksiyalar zamanı xalqın qaşısına çıxıb onları sakitləşdirəcək söz söyləməyə belə qadir olmayan bu icra başçılarının və ya onların adamlarının mətbuata verdiyi açıqlamalar da gülüş doğurdu.

Hadisələrin əsil mahiyyətini ictimaiyyətdən, dövlət başçısından gizlətmək üçün ilk növbədə mətbuatın “ağzını” bağlamağı vacib hesab edən icra başçılarının KİV-dəki dayaqları da artıq iş başındadır. Məqsəd birdir – məlumatsızlıq mühiti yaratmaq, gizlətmək və bununla kimlərisə qorumaq…

Bəs dövləti kim qoruyacaq? Nə zamana kimi vətəndaşları sıxıb suyun çıxaran icra başçısının məntiqsiz açıqlamasını, tərbiyəsiz ifadələrini eşidib gizlədəcəksiz? Bəs sabah problemlər boyüsə nə olacaq?

Məsələ burasındadır ki, problemi gizlədənlər belə guya dövlətini, prezidenti çox istəyənlərdi. Amma problemi gizlədəndən, bu yolla vəziyyəti bilərəkdən və ya bilməyərəkdən ağırlaşdıranlardan dövlətə dost olmaz.

Bu insanlar dövlətini də, millətini də, onun sahibini də zatən sevir. Sadəcə imkan verin sevsin… İmkan verin sevdiyini ortaya qoya bilsin… Bəzi icra başçılarının aksiyaçıların qarşına çıxıb onların fikirlərini, tələblərini dinləməkdənsə, etiraza qalxan insanları həbs etdirmək, hədələmək gücsüzlüyün və səriştəsizliyin ifadəsindən başqa bir şey deyil. Bu, indiki vəziyyətdə Azərbaycan dövlətinin nə siyasi uğuru, nə də prezident İlham Əliyevin tapşırıqları ilə üst üstə düşmür. Əksinə, icra başçıları rayonda prezidentin onlara göstərilən etimadından və öz imkanlarından istifadə edib problemin həllinə çalışmalıdırlar. Təəssüflər olsun ki, bunu etmir və xalqla dövləti üz-üzə qoymağa cəhd göstərirlər. Ola bilsin ki bunu məqsədli etmirlər. Amma reallıq ortadadır, insanlar icra başçılarına inanmır, onları eşitmir və dinləmir…

Problemi bir qədər də açaq..

Sirr deyil ki, hər bir icra başçısını rayonda qiymətlərə nəzarət etmək imkanı var. Bunun son iki gündə şahidi olduq.

Qısa danışıqlarla qiymətlər tənzimləndi, polis və aidiyyatı qurumlar nəzarəti gücləndirdi. Nəzərə alsaq ki, rayondakı ticarət obyektlərinin bir çoxu elə icra başçları və onların yaxın ətrafına məxsusdur, o zaman bunu etməyin o qədər də çətin olmadığını anlamaq mümkündür. Ancaq görünən odur ki, icra başçıları bunu etmədilər və bu ciddi prosesə diğər günlərdəki kimi diqqətsiz yanaşdılar. Dünən bəlli oldu ki, Ağsudakı böyük marketlər, çörəkbişirmə müəssisələri icra hakimiyyətinin başçısı Ənvər Seyidəliyevə məxsusdur. Ağcabədidə un monopoliyasına birbaşa icra başçısı Şahin Məmmədov rəhbərlik edir.

Belə olan halda qiymətlərin bahalaşmasına olan marağın hardan və nədən qaynaqlandığını və nəyə qarşı yönəldiyini anlamaq da çətin deyil. Nəzarətsizlik, icra başçılarının insanlarla dil tapa bilməməsi, zaman-zaman yığılıb qalanların imkan düşdüyü zaman partlaması… Təsəvvür edin ki, əksər icra başçıları hələ də Administrasiyadan nəyi necə etmək üçün xəbər gözləyir…

Axı ölkə prezidenti günlərdi deyir ki, aidiyyatı qurumlar və hətta hər kəs vəziyyətə nəzarət etməlidir, ölkəni məlum durumdan çıxarmaq üçün çalışmalıdır, süni qiymət artımına yol verilməməlidir. Daha demir ki, insanları təhqir edin, haqqını tələb edən vətəndaşı polislə qorxudun. Axı polis bizi qoruyur, polis əziyyət çəkir.

Niyə sonda hər şey polisin adına bağlanmalıdır? Kiminsə səhvi niyə polis müdaxiləsi ilə nəticələnməlidir? Axı bu gün baş verənlər və atılan addımlar İlham Əliyev kursuna və siyasi mübarizəsinə yaddır. Axı prezident İlham Əliyev demir ki, vətəndaşla, sahibkarla təhqir yolu ilə davranın. Müşavirələrdə nazirlərə deyilən sözlərin hər biri cümlə-cümlə telekanallarda göstərilir. Təbii ki, bu çıxışa icra başçıları da, yerlərdəki onların nümayəndələri də baxır. Olduqca qəribə haldır. Prezidentin dediklərinin 10 faizi yerinə yetirilsə, vəziyyət belə olmaz…

Ədil Hüseynli



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə