Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Neftçalada 984 aztəminatlı ailə sosial yardımdan bəhrələnir
Neftçalada 984 aztəminatlı ailə sosial yardımdan bəhrələnir
14 Yanvar 2016 / 18:57 / Baxış sayı: 268
Font1 Font2 Font3 Font4

Bu gün bəzi internet portallarında Neftçala rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzini rəhbəri Zaur Kərimov barəsində həqiqətə uyğun olmayan məlumatlar yayılıb. arxiv.bizimxeber.az-a açıqlama verən mərkəzin rəhbəri onun barəsində yazılanların araşdırılmadan verildiyini, yazılanların heç bir faktlara əsaslanmadığını bildirib. 

Zaur Kərimov onu da qeyd edib ki, Azərbaycan Respublikası Prezidentinin sosial sahəyə xüsusi diqqət və qayğısı sosial müdafiə tədbirlərinin yüksələn templə davam etdirilməsinə səbəb olub. “Əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində əldə olunan nəaliyyətlər məqsədyönlü şəkildə davam etdirilir, mütərəqqi dünya təcrübəsindən faydalanmaqla yoxsulluğun aradan qaldırılması, aztəminatlı ailələrin yoxsulluq vəziyyətindən çıxarılması prosesində daha ciddi təkan verə bilən aktiv və effektli sosial müdafiə tədbirləri həyata keçirilir”.

Bildirək ki, 2014-cü il ərzində Mərkəzə 1373 ailə ünvanlı sosial yardım almaq üçün müraciət etmişdirsə, 2015-ci ilin müvafiq dövründə bu rəqəm 1197 olub. Bunlardan 984 ailəyə (2014-cü il ərzində 933 ailəyə) sosial yardım təyin olunmuş, 213 ailə (2014-cü il ərzində 440 ailə) isə sosial yardım almaq hüququndan imtina edilmişdir. 2014-cü ildə hər bir ailəyə düşən sosial yardımın orta aylıq məbləği 138.62 manat, hər bir ailə üzvünə düşən sosial yardımın orta aylıq məbləği 29.28 manat olmuşdursa, 2015-ci ilin müvafiq dövründə hər bir ailəyə düşən sosial yardımın orta aylıq məbləği 155.8 manat, hər bir ailə üzvünə düşən sosial yardımın orta aylıq məbləği 33.88 manat təşkil etmişdir. 2015-ci il ərzində sosial yardım təyin olunan 984 ailədən 841 (85.47%) ailə təkrar müraciət edənlərdir. Sosial yardım təyin olunan 984 ailə 4525 ailə üzvündən (ailənin orta ölçüsü 4.61 nəfər) ibarətdir. Bu ailə üzvlərindən 1167 nəfəri (25.79%) işləyən, 258 nəfəri (5.7 %) pensiyaçı, 375 nəfəri ( 8.29 %) 3 və daha çox uşağı olan, 718 nəfəri (15.87% ) güzəştli, 154 nəfəri (3.4%) əlil, 57 nəfəri (1.26% ) 18 yaşadək əlil uşaq, 3 nəfəri müharibə əlili, 36 ailə bir yaşınadək uşağı olan ailələrdir.

Hal-hazırda ümumilikdə rayonumuzda 984 aztəminatlı ailənin 4525 ailə üzvü ünvanlı dövlət sosial yardımdan bəhrələnir.

Həmçinin Mərkəzdə fəaliyyət göstərən Sosial Məişət Xidməti sektoru 2015-ci ildə 145 nəfər tək və kimsəsiz ahıl vətəndaşlara və əlillərə sosial məişət xidməti göstərmişdir. Xidmətdə olan tək və kimsəsizlərin 121 nəfəri şəhər və qəsəbələrdə, 24 nəfəri isə kəndlərdə yaşayır.

2015-ci il ərzində Xidmətdə olan 145 nəfərin 119 nəfəri qadın, 26 nəfəri kişidir. Yaşı 70-dən yuxarı olan 109 nəfərin 92 nəfəri qadın, 17 nəfəri kişidir. Yaşı 70-dən aşağı olan 36 nəfərin 27 nəfəri qadın, 9 nəfəri kişidir. Xidmətdə olanların 47 nəfəri əlildir: o cümlədən, 24 nəfər I qrup əlil, 23 nəfər II qrup əlildir.

Z.Kərimov bildirib ki, Neftçala rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzi gündəlik işlərini Azərbaycan Respublikası Prezidentinin Fərman və Sərəncamları, Milli Məclis və Nazirlər Kabinetinin Qərarları, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əmrləri və rayon İcra Hakimiyyətinin tapşırıqları əsasında qurur: “Mərkəz ölkə rəhbəri cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən məqsədyönlü sosial siyasətin daha da təkmilləşməsinə və ölkəmizdə yoxsulluğun azalmasına öz töhfəsini vermək üçün səylərini daha da artıracaqdır”.

Mərkəz rəhbəri mətbuat nümayəndələrini bir daha diqqətli olmağa, faktlara əsaslanmayan mülahizələrin mediada yayılmasına imkan verməməyə çağırır…

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə