Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Prezident Nazirlər Kabinetinə 3 ay vaxt verdi
Prezident Nazirlər Kabinetinə 3 ay vaxt verdi
15 Yanvar 2016 / 10:24 / Baxış sayı: 288
Font1 Font2 Font3 Font4

İlham Əliyev İnzibati Xətalar Məcəlləsinə dəyişiklikləri təsdiqləyib. Prezident İlham Əliyev “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” sərəncam imzalayıb. Sərəncama görə, Nazirlər Kabinetinə təkliflərini üç ay müddətində hazırlayıb, normativ hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan respublikasının prezidentinə məlumat vermək tapşırılıb.

Mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlamaq və bunun icrası barədə beş ay müddətində dövlət başçısına məlumat verməlidir.
Ədliyyə Nazirliyi isə mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların qanununa uyğunlaşdırılmasını təmin edib Nazirlər Kabinetinə məlumat verəcək.

İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanunda qeyd edilir ki, balıqçılıq su obyektlərində istismar edilən su təsərrüfatı obyektlərinin balıqqoruyucu qurğularla təchiz edilməməsinə görə – fiziki şəxslər min manat miqdarında, vəzifəli şəxslər üç min manat miqdarında, hüquqi şəxslər on beş min manat miqdarında cərimə ediləcək.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə