Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Həbs olunan icra nümayəndəsi ilə bağlı yeni faktlar
Həbs olunan icra nümayəndəsi ilə bağlı yeni faktlar
15 Yanvar 2016 / 10:47 / Baxış sayı: 274
Font1 Font2 Font3 Font4

Füzuli rayon İcra Hakimiyyəti başçısının, şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsi Şakir Hacıyevin saxlanılmasına rayon icra hakimiyyətindən aydınlıq gətirilib.

Füzuli Rayon İcra Hakimiyyətinin İctimaiyyətlə Əlaqələr şöbəsindən verilən məlumata görə, saxlanılan şəhər icra nümayəndəsi haqqında artıq məhkəminin qərarı ilə həbs qətimkan tədbiri seçilib:

“Ancaq hələlik həbs qətimkan tədbirinin müddəti barədə idarəmizdə heç bir məlumat yoxdur. Şakir müəllim əvvəl hətta icra başçısının müavini vəzifəsində də işləyib. Ancaq onun dövlətə və dövlətiçiliyə qarşı çıxacağı heç kimin ağlına gəlməzdi. O, rayon ərazisində yanvarın 13-də qanunsuz aksiya təşkil etdiyi, vətəndaşları həmin etirazlarda iştirak etməyə çağırdığı üçün həbs edilib.Maraqlı məqam odur ki, saxlanan Şakir Hacıyev rayonda deyil, Bakıda həbs edilib. O özü heç bir aksiyaya qoşulmayıb, paytaxtda ola-ola vətəndaşları oradan aksiyalara səsləyib”, -deyə icra hakimiyyətindən bildirdilər.

Əslən Füzuli rayonundan olan şəhər icra nümayəndəsi 1955-ci ildə anadan olub. Ailəlidir, 4 qız övladı var. Həyat yoldaşı dünyasını dəyişib.

Ş. Hacıyevin dünən axşam saatlarında hüquq-mühafizə orqanları tərəfindən saxlanılması barədə məlumatlar yayılıb. Bildirilirdi ki, yanvarın 13-də rayonda baş verən hadisələrlə bağlı saxlanılıb. Hadisə ilə bağlı daha bir neçə nəfərin də saxlanıldığı qeyd olunurdu.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə