Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Neftçalada əlillərlə görüş keçirilib
Neftçalada əlillərlə görüş keçirilib
15 Yanvar 2016 / 11:08 / Baxış sayı: 542
Font1 Font2 Font3 Font4

Neftçala rayon əhalinin sosial müdafiəsi mərkəzinin və Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid ailələri İctimai Birliyinin Neftçala rayon filialının təşkilatçılığı ilə çay süfrəsi arxasında əlillərlə rayon ictimayyətinin görüşü keçirilib.

Məclisi Neftçala rayonu İcra Hakimiyyəti başçısının müavini-İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Gültəkin Sadıqova açaraq iştirakçıları salamladı, “Əlillər günü”nün yaranma tarixindən danışaraq iştirakçılara xoş ovqat arzuladı.

Gültəkin Sadıqova çıxış edərək bildirdi ki, BMT tərəfindən təsis olunan və dekabrın 3-də bütün dünyada keçirilən Beynəlxalq Əlillər Günü ulu öndər Heydər Əliyevin müvafiq sərəncamına əsasən 1994-cü ildən Azərbaycanda da hər il qeyd edilir. Ölkəmizdə sosial qayğıya ehtiyacı olan bütün insanlar kimi, əlillər də daim dövlətimizin diqqət və qayğısı ilə əhatə olunurlar, onların bütün problemlərinin həlli üçün zəruri tədbirlər həyata keçirilir. Gültəkin Sadıqova möhtərəm Prezidentimiz cənab İlham Əliyevin əlil vətəndaşlara göstərdiyi diqqət və qayğıdan, bu istiqamətdə Neftçala rayonunda həyata keçirilən işlərdən danışdı.

Tədbirdə çıxış edən Neftçala rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinin direktoru Zaur Kərimov və Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid ailələri İctimai Birliyinin Neftçala rayon filialının sədri Aydın Aslanov çıxış edərək son illər rayonda xüsusi qayğıya ehtiyacı olan əlillərə göstərilən qayğıdan, onların problemlərinin həll edilməsində dövlət qurumlarının, ictimai təşkilatların fəaliyyətləri barədə məlumat verdi. Rayon mədəniyyət evinin ansamblının müşayiəti ilə səslənən şən mahnılar dinləyicilərdə xoş əhval ruhiyyə yaratdı.

Tədbir əyləncəli proqramla davam etdi, sonda isə 63 nəfər əlilə maddi yardım edildi, Neftçala rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzi tərəfindən 5 nəfər əlilə Əlillik vəsiqəsi və Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid ailələri İctimai Birliyinin Neftçala rayon filialı tərəfindən 10 nəfərə üzvlük vəsiqəsi təqdim edildi.

arxiv.bizimxeber.az

IMG_4306 IMG_4302 IMG_4297 IMG_4292 IMG_4285



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə