Bu barədə dərman bazarına yaxın mənbə “Alfa med” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən qaldırılmış cinayət işini şərh edərkən bildirib: “Bu, əsasən yaxın qohumların işlədiyi bir ailə şirkətidir. Bu sektorda olan bəzi şirkətlər kimi onlar da təsiredici maddələrin faizin azaltmaqla dərmanları saxtalaşdırırdılar. Əsasən siroplar və antibiotiklər satan bu firma da həkimlərlə sövdələşmədən geniş istifadə edirdilər – xəstələrə lazımlı-lazımsız bahalı antibiotiklər yazırdılar. Buna görə də dərmanların qiymətini dəfələrlə artırırlar”.