Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Narkobaronun Abramoviç planı (FOTO)
Narkobaronun Abramoviç planı (FOTO)
15 Yanvar 2016 / 11:32 / Baxış sayı: 184
Font1 Font2 Font3 Font4

Xoakin Qusman “Çelsi”ni almaq istəyib. Dünyanın məşhur narkobaronlarından biri, “bəstəboy” və “El Çapo” ləqəbli Xoakin Qusman“Çelsi” futbol komandasını almaq istəyib. Meksika hüquq-mühafizə orqanları onun arxasınca ov zamanı Qusmanın planları barədə məlumat alıb.

İddia olunur ki, məlumat narkobaronun ətrafından daxil olunub.  Xoakin Qusman böyük futbol həvəskarı olduğu üçün “Çelsi”ni almaq istəyib. Lakin klubun sahibi Roman Abramoviç komandanı satmaq istəməyib.

Roman Abramoviç

“Çelsi” klubunun dəyəri 868 milyon dollar (1 milyard 363 milyon 280 min manat) qiymətləndirilir.
“Aristokratlar” İngiltərə çempionatında 21 oyundan sonra 24 xalla 14-cü pillədədir.


İngiltərə çempionatının turnir cədvəli

Tam adı Xoakin Arçivaldo Qusman Loera olan narkobaron, eyni zamanda “El Çapo” ləqəbilə tanınıb. Qusman uzun illər axtarışda olub və bir neçə dəfə həbsxanadan qaçıb. Vaxtilə ABŞ Dövlət Departamenti narkobaronun tutulmasına dəstək verən məlumat üçün 5 milyon dollar mükafat vəd edib.


Xoakin Qusman həbs edilərkən

Son iki ildə ABŞ-da və Meksikada Qusmanın bir neçə yaxın qohumu və silahdaşı həbs ediıib. “Forbes” jurnalı onun sərvətini təxminən bir milyard dollar səviyyəsində qiymətləndirib.


Meksikanın xəritəsi

8 yanvarda həbs olunan “El Çapo” ləqəbli narkobaron Xoakin Qusmanın oğlanları hökuməti təhdid edib. Alfredo Quzman və İvan Arçivaldo Qusman “tvitter” səhifəsi vasitəsi ilə hökumətə ünvanladıqları xəbərdarlıqda bu sözləri qeyd ediblər:

“Siz nə etdiyinizi və başınızı hansı bəlaya soxduğunuz bilmirsiniz. Mənimlə ədalətli davransanız, mən də müqəddəs insan olaram. Əks halda mən zəhərəm və hökumət Qusmanları tanıyacaq”. Meksika mediası “tvitter” səhifələrinin Qusmanlara aid olduğunu təsdiqləyib. Hər iki səhifənin 250 mindən çox izləyicisi var. Quzmanın Amerika həbsxanasına ekstradisiyası gözlənilir.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə