Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Qazaxıstan neftin 20 dollara düşəcəyi dövrə hazırlaşır
Qazaxıstan neftin 20 dollara düşəcəyi dövrə hazırlaşır
15 Yanvar 2016 / 12:48 / Baxış sayı: 222
Font1 Font2 Font3 Font4

Qazaxıstan dünya bazarında neftin 1 barelinin 20 dollar olacağı ehtimalına qarşı yeni iqtisadi konsepsiya hazırlayır. Bunu ölkə baş nazirinin birinci müavini Batıkjan Saqintayev bildirib. 

B.Saqintayev deyib: “Dünya bazarında neftin sürətlə ucuzlaşmasını və qeyri-müəyyən situasiyanı nəzərə alaraq dövlət başçsının göstərişi ilə hökumət neftin 20 dollar olacağı halda gözlənilən iqtisadi ssenariləri gözdən keçirir”.

Bu qəbildən olan proqnozlar hökumətin iqtisadi şurasının yanvar ayının 19-da keçiriləcək iclasında da müzakirə ediləcək. Amma hakimiyyət artıq büdcə üzrə sərt qərarlar qəbul etməyə hazırdır.

“Ola bilər ki, biz büdcə üzrə sərt qərarlar qəbul etməli olacağıq. Bununla yanaşı, sosial sahənin və “Nurlı Jol” (mənzillərin ilkin ödəniş olmadan minimal faizlərlə təqdim edildiyi dövlət proqramı) inkişaf proqramının bütün xərcləri saxlanılacaq”, – Saqintayev deyib.

O, həmçinin hakimiyyət tərəfindən böhran əleyhinə tədbirlərin maliyyələşdirilməsi üçün əlavə ehtiyatların ayrıldığını bildirib. Baş nazirin müavini 2015-ci ildə Qazaxıstan iqtisadi inkişafının 1,2% artdığını da deyib.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə