Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Bakıda 11 dərəcə isti olacaq – Şənbə gününün havası
Bakıda 11 dərəcə isti olacaq – Şənbə gününün havası
15 Yanvar 2016 / 12:52 / Baxış sayı: 274
Font1 Font2 Font3 Font4

Yanvarın 16-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin  dəyişkən buludu olacağı, arabir tutulacağı, gündüz yarımadanın bəzi yerlərində yağış yağacağı ehtimalı var. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Lent.az-a verilən məlumata görə, sabah şimal-qərb küləyi gündüz cənub küləyi ilə əvəzlənəcək. 

Havanın temperaturu Abşeronda gecə 3-5 dərəcə, gündüz 7-11 dərəcə, Bakıda gecə 3-5 dərəcə, gündüz 9-11 dərəcə isti olacaq. Sabah Azərbaycanın rayonlarında hava şəraitinin əsasən  yağmursuz keçəcəyi, gecə və səhər ayrı-ayrı yerlərdə duman olacağı, bəzi şimal və qərb rayonlarda yağış yağacağı gözlənilir. Mülayim cənub-qərb küləyi əsəcək.

Havanın temperaturu Aran rayonlarında gecə  1 dərəcə şaxtadan 4 dərəcəyədək isti, gündüz 7-12 dərəcə isti, dağlıq rayonlarda gecə 1-6 dərəcə, yüksək dağlıq ərazilərdə 7-12 dərəcə şaxta, gündüz 2-7dərəcə isti olacaq.

Yanvarın 16-da Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü meteohəssas  insanlar üçün əsasən əlverişli olsa da, 17-18-də arabir güclənən giləvar küləyi bəzi insanlarda narahatlıq doğura bilər.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə