Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Gürcüstan Milli Bankının keçmiş prezidenti: “Azərbaycan manatı kimə lazımdır axı?”
Gürcüstan Milli Bankının keçmiş prezidenti: “Azərbaycan manatı kimə lazımdır axı?”
15 Yanvar 2016 / 14:26 / Baxış sayı: 438
Font1 Font2 Font3 Font4

Azərbaycanda manatın devalvasiyası və hazırda hökm sürən dollar qıtlığı qonşu Gürcüstanda da panika yaradıb. Virtualaz.org gürcü KİV-lərinə istinadən xəbər verir ki, bəzi iqtisadçılar Gürcüstandan dolların Azərbaycana daşına biləcəyinə dair narahatlıq ifadə edirlər.

İqtisadçı Emzar Djeqreniya hesab edir ki, fövqəladə situasiya yaranıb və əgər Azərbaycanda dollar qıtlığı ilə bağlı panika artsa bu, hökmən Gürcüstana da zərər vuracaq.

“Azərbaycan biznesi Gürcüstandan dollar almağa çalışacaq, bu də təbii olaraq valyutaya tələbatı artıracaq və larinin kursuna təzyiqi artıracaq. Nəticədə milli valyutanın ucuzlaşması yenidən bərpa olacaq”-ekspert deyib.

Gürcüstan Milli Bankının keçmiş prezidenti Roman Qotsiridze isə hesab edir ki, ekspertin bəhs etdiyi təhdid tamamilə absurddur. “Bu gün Gürcüstanda Azərbaycan manatı kimə və nəyə lazımdır? Kim razılaşar ki, dolları satıb manat alsın? Bu, tamamilə istisnadır. Hətta indi, hətta cüzi məbləğlərdə belə Gürcüstanın valyutadəyişmə məntəqələrndə heç kim manat qəbul etmir. Xüsusən də elə situasiyada ki, heç kim bilmir sonra nə olacaq və Azərbaycan milli valyutasının devalvasiyası nə qədər davam edəcək”-keçmiş baş bankir deyib.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə