Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Gürcüstanda “Qazprom” əleyhinə etiraz aksiyaları başladı
Gürcüstanda “Qazprom” əleyhinə etiraz aksiyaları başladı
15 Yanvar 2016 / 15:51 / Baxış sayı: 406
Font1 Font2 Font3 Font4

Gürcüstanın keçmiş prezidenti, Ukraynada Odessa vilayətinin qubernatoru Mixail Saakaşvilinin “Vahid milli hərəkat” partiyası bu gün Gürcüstan hökumətinin “Qazprom”la əməkdaşlığı ilə bağlı etiraz aksiyası keçirib.

APA-nın “Vzqlyad” qəzetinə istinadən verdiyi məlumata görə, partiya üzvləri Energetika Nazirliyinin qarşısına toplanıblar. Piket zamanı yaxınlıqdakı körpüyə “Qazprom” əleyhinə plakatlar asmaq istəyən piket iştirakçıları ilə polis arasında qarşıdurma yaranıb. Aksiya zamanı “Qazproma” yox!” şüarları səsləndirilib.

Qeyd edək ki, Gürcüstan hökumətinin “Qazprom”la apardığı gizli danışıqlar müxalifətin etirazına səbəb olub. Müzakirə predmeti “Qazprom” tərəfindən Gürcüstana nəql olunan qazın həcminin artırılmasıdır. Gürcüstan müxalifəti iddia edir ki, danışıqlar ölkənin enerji sisteminin müstəqilliyinə təhlükə yaradır.

Hökumət rəsmiləri isə bildirir ki, SOCAR Gürcüstanın qaz olan tələbatını ödəmək iqtidarında deyil.



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə