Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Məhşur jurnalist dəfn edildi
Məhşur jurnalist dəfn edildi
16 Yanvar 2016 / 16:58 / Baxış sayı: 766
Font1 Font2 Font3 Font4

Onunla vida mərasimi Təzə Pir məscidində keçirildi. Məşhur jurnalist, ictimai xadim Emil Ağayev bu gün dəfn edildi. Onunla vida mərasimi Təzə Pir məscidində keçirildi. Məsciddə keçirilən vida mərasimində mərhumun yaxınları, mədəniyyət və elm xadimləri, tanınmış şair və yazıçılar və adi vətəndaşlar da iştirak etdilər.

Tədbirdə iştirak etmək üçün həmçinin Azərbaycan Yazıçılar Birliyinin sədri, yazıçı Anar, əməkdar jurnalist Mais Məmmədov, yazıçı Çingiz Abdullayev, Xalq şairi Fikrət Qoca və başqaları gəliblər. Mərasim iştirakçıları jurnalistin ailəsinə və dostlarına baş sağlığı verdilər və səbr dilədilər.




Jurnalist Emil Ağayevlə vida mərasimi

Həyat yoldaşı Rəfiqə Ağayeva bildirdi ki, bir müddət idi ki, ürəyindən müalicə olunurdu.

“Gündə 2 dəfə xəstəxanada müayinə olunurdu. Müalicəsinin başa çatmasına 2 gün qalmışdı. Mən zəng vurdum, telefonu götürmədi. Sonra həkimlər onun insult keçirdiyini aşkar ediblər. 19 gün reanimasiya şöbəsində qaldıqdan sonra palataya köçürülmüşdü. Həkim nəzarətində olduğu üçün vəziyyəti yaxşılaşırdı. 2 günün içərisində vəziyyəti yenidən pisləşdi”.


Rəfiqə Ağayeva – Emil Ağayevin həyat yoldaşı

Rəfiqə Ağayeva sözlərinə görə, Emil Ağayev Azərbaycan haqqında dastan yazmaq istəsə də, arzusu reallaşmayıb.

Xalq şairi Fikrət Qoca Emil Ağayevin publisist və yazıçı kimi xalqımızın tarixinə tez-tez müraciət etdiyini bildirdi: “O, bütün həyatını ziyalı kimi yaşadı. Emil Ağayev əvvəllər çox ailə çətinlikləri çəkib. Amma ömürünün son illərini rahat və firavan keçirdi”.


Fikrət Qoca – Xalq şairi

Yazıçı Anar görüşdükləri zaman onun özünü çox gümrah hiss etdiyini qeyd etdi: “Son zamanlar onunla çox gürüşürdüm. Özünü çox gümrah hiss edirdi. Çox səliqəli geyinirdi. Birdən – birə həyatdan köçməsi bizə çox pis təsir edir. Amma onun xatirəsi həmişə uca tutulacaq. O, həmişə Azərbaycanın maraqlarını müdafiə edirdi”.


Anar – Yazıçı

Publisist, ssenarist, tərcüməçi, jurnalist Emil Ağayev 1938-ci il oktyabrın 11-də QazaxıstanınÇimkənd şəhərində ziyalı ailəsində anadan olub. O, “Molodyoj Azerbaydjana”, “Vışka” qəzetlərində əvvəlcə mədəniyyət, sonra felyeton və oçerk şöbələrinə rəhbərlik edən Ağayev, məsul katibin müavini olub. Bundan əlavə, “Literaturnaya qazeta”nın Azərbaycan üzrə xüsusi müxbiri və RİA Novosti agentliyinin Azərbaycan şöbəsinin müdiri vəzifələrində işləyib. “Yurd”, “Qütb”, “Populyar” jurnallarında (1987-1997), həmçinin Azərbaycan Ali Sovetinin redaksiya-nəşr şöbəsinin baş məsləhətçisi olub. O, “Qızıl qələm” mükafatı laureatıdır.

Məşhur jurnalist ötən gün 78 yaşında vəfat edib. Mərhum Biləcəri qəbristanlığında dəfn edildi. Emil Ağayev 2 uşaq atasıdır. Övladlarından biri 2013-cü ildə avtomobil qəzasında dünyasını dəyişib.



Emil Ağayevin dəfn mərasimi



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə