Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

İlham Əliyev daha üç vacib sənəd imzaladı
İlham Əliyev daha üç vacib sənəd imzaladı
16 Yanvar 2016 / 17:12 / Baxış sayı: 1546
Font1 Font2 Font3 Font4

Prezident İlham Əliyev məcburi köçkünlərə yemək xərci üçün verilən aylıq müavinətin artırılması haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, məcburi köçkünlərin sosial müdafiəsini gücləndirmək məqsədilə müəyyən edilmiş aylıq müavinətin məbləği bu ilin fevral ayının 1-dən 10 faiz artırılacaq.

**

Prezident İlham Əliyev 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar əlil olmuş şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün artırılması və “1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar əlil olmuş şəxslərə prezident təqaüdünün təsis edilməsi haqqında” fərmanında dəyişiklik edilməsi barədə fərman imzalayıb.

Fərmana əsasən, 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar əlil olmuş şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün aylıq məbləği 2016-cı il fevralın 1-dən 10 faiz artırılıb. Həmçinin, “1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar əlil olmuş şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin fərmanının 1-ci hissəsinin birinci-üçüncü bəndləri aşağıdakı redaksiyada veriləcək: 1.1. I qrup əlillərə – 165 manat 1.2. II qrup əlillərə – 143 manat 1.3. III qrup əlillərə – 110 manat

**

Prezident İlham Əliyev “Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün artırılması və “Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təsis edilməsi haqqında” prezidentin fərmanında dəyişiklik edilməsi barədə də fərman imzalayıb.

Fərmana əsasən, “Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün aylıq məbləği 10 faiz artaraq 2016-cı il fevralın 1-dən 220 manat müəyyən edilib. Bu sərəncam və fərmanlardan irəli gələn məsələlərin həll edilməsi Nazirlər Kabinetinə tapşırılıb.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə