Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Lök-Batanda yol və zaman oğruları
Lök-Batanda yol və zaman oğruları
16 Yanvar 2016 / 17:22 / Baxış sayı: 1124
Font1 Font2 Font3 Font4

Hər birmizin illərdən bəri çəkdiyimiz bir məsəl var: “Vaxt qızıldır”. Zamanın insanın əlindən oğurlanması isə ən böyük cinayətdir.

Bu baxımdan Lök-Batan əhalisi illərdir bu cinayətin qurbanına çevrilib. İşə tələsənləri və dərsə gecikənləri hələ demirəm. Avtobus uzun məsafələrlə işlədiyinə görə, o qədər basabas olur ki, əhali ayaq üstündə zorla da olsa belə, dayanmağa yer də tapmır.

Lök-Batanda əsas marşrut kimi tanınan 124 və 130 saylı avtobusların hər biri on beş, xırda yol problemləri olanda iyirmi dəqiqədən bir yola çıxır. Bundan əlavə on beş dəqiqə Lök-Batanın içində hərlənib, daha doğrusu fırlanıb sərnişinlərini yığırlar. 130 saylı marşrut 45 dəqiqəlik marafon yürüşünə çıxırmış kimi yol getdikdən sonra Bakıdakı Yeni Avtovağzala çatır.

Məlum məsələdir ki, çox adamın avtovağzala deyil, yolu metrolaradır. Bunun üzərinə əlavə yolpulu xərcləyib metroya başqa avtobusla getməyə məcburdurlar. Bu da, əlavə vaxt və para itkisi deməkdir. İndi soruşmaq gərəkdir ki, vətəndaşlar, xüsusilə də  tələbələr niyə günün 3-4 saatını yolda keçirməlidir?

Bu tələbə nə vaxt dərs oxusun? İşdən onsuz da yoğun gələn orta və yaşlı nəsil nəyə görə ayaq üstə dayanmağa yer tapmayıb qışın bu soyuğunda çöldə donaraq növbəti avtobusu gözləsin. Həmin avtobus da 15-20 dəqiqə sonra gəlir və orada da dayanmağa yer ola ya yox—bu bəlli deyil. 124 nömrəli marşrutun sərnişin çoxluğundan qatarın altında qalmağı nə tez yaddan çıxdı? Neçə insan həyatını itirdi? Neçəsi əlil qaldı?

Bu gün bir hadisəyə şahid oldum. Avtobusun dispetçeri sürücünü çağırırdı:
– Ayə… Ayəəə gəl… vaxtındır, çıx.
– Nə olub?
– Vaxtındır, sür çıx daaaaa….
– Mən də elə bildim, avtobus od tutub yanır.
Sən demə 15 dəqiqəlik dayanmaq azmış. Heç bu qədər də gözləmək olar?
Bəlkə insanların cibləri pul-para ilə aşıb-daşır? İşə və evə taksilərə minib getsin? Yoxsa insanlar belə çox qazanır?  Yeri gəlmişkən, taksilər də bu cür problemlərdən məharətlə sui-istifadə edirlər.
Hələ qar yağanda avtobuslar heç işləmirlər də. Təksilər isə bunu “fürsət pulu”, yəni daha da çox gəlir əldə etmək kimi qəbul edirlər. Səkkiz manatlıq yolu, qırx manata aparırlar (özüm şəxsən imtahana gecikdiyim ərəfələrdə bunun şahidi olmuşam)
130 saylı avtobus marşrutu həm Sədərək Ticarət Mərkəzinə, həm Xocahəsən kəndinə, həm də Yeni Avtovağzala gedir. Bunun səbəbi daha çox sərnişin yığmaq istəyindən yaranmışdır. Bütün bunlarla yanaşı həm də avtobuslar metroya getmir. Ancaq avtobus sürücülərindən tələb olunan gündəlik pul əvvəllər metroya gedikləri pulun məbləği ilə eynidir. Bu məbləği niyə azaltmırlar? Bundan əlavə, qısa yol olmasına baxmayaraq (Yeni Yasamal) bu insanların ömrünü və zamanını niyə yeyirlər? Niyə uzun yoldan, yəni dolayı hərəkətlə aparırlar? Bizim zamanımızı niyə oğurlayırsınız? Həyatımızı niyə əlimizdən alırsınız?

Lalə CƏBRAYIL

 



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə