Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Qan Yaddaşımız – 20 yanvar
Qan Yaddaşımız – 20 yanvar
16 Yanvar 2016 / 17:41 / Baxış sayı: 128
Font1 Font2 Font3 Font4

Azərbaycan Respublikasının Konstitusiyasının 106-cı maddəsində “Ümumxalq hüzn günü” kimi qeyd olunan 20 yanvar faciəsinin bu gün 26-ci  ildönümü qeyd olunur. 20 Yanvar –  müstəqilliyımizin və  ərazi bütövlüyümüzün   uğrunda şəhidlərimizin  xatirəsi naminə öz sözünü deyib artıq.

Qan Yaddaşımız olan 20 yanvar tariximizə  faciə və qəhrəmanlıq səhifəsi kimi yazıldı. Hər il 20 Yanvara bir  həftə qalmış hər bir azərbaycanlı  ailəsinə qəm və qüssə çökür.  Hər bir şəhid ailəsi öz şəhidlərilə qürur və iftixar hissi duyur.

Ümumilli Lider Heydər Əliyev deyirdi: “Bu təcavüz xalqımızı mənəvi sarsıntılara,  itkilərə məruz qoydu, amma təcavuz olaraq o  xalqın mənliyini tapdalaya bilmədi, qürurunu sındıra bilmədi.”

Azərbaycan Respublikası  erməni terrorizmi ilə üzləşmişdir. Azərbaycanın tarixi torpaqları üzərində “təsis etdirilmiş” Ermənistan dövləti ərazisində yaşayan azərbaycanlılar  1980-ci ilin sonlarından etibarən  sürgün edilmiş,  Qarabağ və Naxçıvana silahlı hücumlar başlanmışdır. Ermənistanın apardığı məkrli siyasət nəticəsində Naxçıvanı Azərbaycanın digər ərazilərini  birləşdirən dəmiryol xətti və hətta avtomobil yolu da bağlanmışdır. Naxçıvan Azərbaycandan təcrid olunaraq blokada şəraitində məcburiyyət qarşısında qaldı.

Naxçıvanın taleyüklü problemlərinə laqeyd münasibət daha da çətinliklər törətdi. Belə ağır şəraitdə mərdlik, şücaət və fədakarlıq nümayiş etdirən naxçıvanlılar Heydər Əliyev cənablarının  ətrafında yumruq kimi  sıx birləşərək müdafiə olunmuş və qədim diyarımız – Naxçıvan erməni işğalından azad olunmuş, onun muxtariyyət statusu  qorunub  saxlanılmışdır.

20 yanvar, həm də İstiqlal yolumuzun ilk zirvəsi oldu.  Azərbaycan istiqlala doğru  addim  atdi  o  zaman.  Bu tarix  həm  şərəfli, həm əlçatmazdır. O faciəli  günlərdə  Azərbaycan xalqının ən böyük həqiqəti  o  oldu  ki,  xalq  Heydər  Əliyevə –  ehtiyac duydu. Onun yoxluğunu Azərbaycan xalqı  dərk etdi. O faciəli  gecədə xalqının səsinə hər kəsdən əvvəl səs vərən də Heydər Əliyev oldu.
Bu gün  Bakı  şəhərində  şəhidlərin  xatirəsinə  ucaldılan  Şəhidlər xiyabanı xalqımızın müqəddəs and yerinə çevrilib. Şəhidlik elə uca   zirvədir ki ,  o  hər  kəsə  nəsib ola  bilməz.  Vətən və torpaq şəhidləriylə  ucalır. Bu günü  biz,  gənc  nəsil  olaraq bu tarixi – 20 Yanvarı öz söz qələmimizlə  dünyaya tanıtdırırıq. Tanıtdırırıq  kı, dünya Azərbaycan tarixinin  olduğunu dərk etsın. Bu bir  subutdur ki,   o Tarix ki –  Qanli Tarixdirsə,  əsrlər  boyu dəyişməz qalacaq. Bu gün  Azərbaycanın hər bir  bölgəsində şəhidlərin xatirəsinə  ucaldılan  xiyabana gedərkən içimizdə  bir  titrəyiş duyur, alnımızda isə qürur  hiss edirik.

İnsan insan olur  öz hünəriylə,
Millət millət olur   xeyri, şəriylə.
Torpağın bağrına  cəsədləriylə,
Azadlıq tumunu  əkdi Şəhidlər…

Gülər Elmanqızı
Naxçıvan Dövlət Statistıka Komıtəsi, məsləhətçi



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə