Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Ramil Usubovun göstərişindən sonra killer həbs olunub
Ramil Usubovun göstərişindən sonra killer həbs olunub
18 Yanvar 2016 / 13:05 / Baxış sayı: 1086
Font1 Font2 Font3 Font4

Sabah  yanvarın 18-də  Bakı  Ağır Cinayətlər Məhkəməsində hakim  Rahib Salmanovun sədrliyi ilə  Quba şəhərində yerləşən  “Süd zavodu”nun  Dövlət Əmlak Komitəsində özəlləşdirilməsi zamanı yol verilən qanunsuzluqlarla bağlı  məsələyə baxılacaq.

Məlumat üçün qeyd edək ki,  1962-ci ildən həmin zavodda işləyən Rzaxanov Rza Piroğlan oğlu zavodun Ramazanov Rəşad  Nüsrət oğlu tərəfindən saxta yolla özəlləşdirildiyini bildirir.

Rzaxanov Rzanın səlahiyyətli nümayəndəsi  Zərnigar Rzaxanova  NUH.az-ın müxbirinə bildirib ki, məsələ ilə bağlı  onu və bacısı  Pəri Rzaxanovanı sifarişlə öldürmək istəyiblər. Bacılar dəfələrlə daxili işlər naziri  Ramil Usubovun və baş prokuror  Zakir Qaralovun qəbulunda olublar.  Bacıların müxbirimizə dediyinə görə, cənab Ramil Usubovun  məsələyə operativ müdaxiləsindən sonra “killer”   Sahib Hüseyn oğlu  Zülfüqarov  həbs olunub və hazırda  Kürdəxanı  təcridxanasında saxlanılır.

Bacılar işin obyektiv aparılması üçün yenidən istintaqa  qaytarılmasını tələb edirlər. Məsələnin aktuallığını nəzərə alaraq gündəmdə saxlayacağıq. Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.

arxiv.bizimxeber.az



Ramil Usubovun göstərişindən sonra killer həbs olunub yazısına 1 şərh yazıldı




Yuxarı Geri Ana səhifə