Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

“Bu gün Azərbaycan 90-cı illərdəkindən qat-qat güclüdür”
“Bu gün Azərbaycan 90-cı illərdəkindən qat-qat güclüdür”
18 Yanvar 2016 / 13:09 / Baxış sayı: 142
Font1 Font2 Font3 Font4

“Bu gün qlobal dünyada gedən proseslər Azərbaycandan da yan keçməyib. Azərbaycan dünyanın bir hissəsi olduğu üçün bu proseslər ölkəmizə də müəyyən təsir edib. Burada təəccüblü bir məqam yoxdur”. Bunu Azərbaycan Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdir müavini Ərəstun Mehdiyev Respublika Ağsaqqalar Şurasının bu gün keçirilən iclasında deyib.

Ə.Mehdiyev qeyd edib ki, dövlət böhran təzahürlərini aradan qaldırmaq üçün tədbirlər görür. Ə.Mehdiyev bildirib ki, bu gün Azərbaycan dövləti 90-cı illərdən qat-qat güclüdür: “Dövlət ilə xalqın birgə səyi bu çətin məsələlərin öhdəsindən gəlməyə imkan verəcək”.

Ə.Mehdiyev bildirib ki, Azərbaycanda gözü olan, Azərbaycanı müstəqil siyasətindən sapdırmağa cəhd edən bəzi qüvvələr bu yaranmış vəziyyətdən istifadə etmək üçün dəridən qabıqdan çıxırlar: “5-ci kalonun nümayəndələri onların dəyirmanına su tökür, yaranmış vəziyyətdn istifadə etməyə çalışır. Amma bu vəziyyətdə Azərbaycan ağsaqqları öz sözlərini deyir, cəmiyyəti, gəncləri düzgün istiqamətdə aparırlar. İnanıram ki, biz birgə səyimiz nəticəsində Azərbaycana uzanmış bu əlləri kəsəcəyik, onların çirkin niyyətlərinə çatmasına imkan verməyəcəyik”.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə