Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Erməni memar Məkkədə muzey tikəcək
Erməni memar Məkkədə muzey tikəcək
18 Yanvar 2016 / 13:33 / Baxış sayı: 232
Font1 Font2 Font3 Font4

Bu məscidin tikintisi üçün bütün müsəlman ölkələrindən daş gətiriləcək. Erməni memarı Məkkədə muzey inşa edəcək. Erməni əsilli fransız memarı, Britaniya Kral Memarlıq İnstitutunun üzvü, Mossessian Architecture”“ memarlıq şirkətinin rəhbəri Mişel Mosessyanadıçəkilən şəhərdə baş muzeyin yaradılması üzrə dünya müsabiqəsində qalib gəlib.

Londonda yaşayan erməni memara məxsus şirkət Məkkədə “İnam Muzeyi”nin müəllifi olacaq. Bu muzeyin tikintisini bütün müsəlman dünyası səbirsizliklə gözləyir. Muzey Məkkədən 7 kilometr aralıda tikiləcək və İslamın yaranmasının rəmzinə çevriləcək. “İnam muzeyi” 5600 kilometr ərazini əhatə edəcək. Muzeyin qarşısında virtual məscid, audio-video zallar, 3D film nümayişləri və damda bağlar olacaq.

Xarici KİV-lərin məlumatına əsasən, muzeyin əsas binasının tikilməsi üçün daşlar bütün müsəlman ölkələrindən gətiriləcək.

Məkkə – dünya müsəlmanlarının əsas müqəddəs şəhəridir. İslam dininin banisi Məhəmməd peyğəmbər (s.ə.s) qədim ticarət mərkəzi olan bu şəhərdə doğulub, yaşayıb.

Məhəmməd peyğəmbər (s.ə.s) Məkkənin qədim bütpərəst ziyarətgahı olan Kəbəni İslamın başlıca müqəddəs ocağı elan edərək bütün müsəlmanlara oranı ziyarət etməyi (Həccə getməyi) fərz edib.

Kəbə Məkkənin əl-Məscid əl-Haram adlanan əsas məscidində yerləşir. Tam adı Məkkə Əl-Mükərrimə olan şəhər Səudiyyə Ərəbistanı Krallığının Qərbində MədinəTaif şəhərləri arasında yerləşir.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə