Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

“Binə” aksiyaçıları dükanlarını bağladı
“Binə” aksiyaçıları dükanlarını bağladı
18 Yanvar 2016 / 13:39 / Baxış sayı: 174
Font1 Font2 Font3 Font4

“Binə” ticarət mərkəzində yer haqlarının azaldılması tələbi ilə etiraz aksiyası davam edir. Ticarət mərkəzinin 4-cü və 5-ci sıralarında mağazalar bağlanıb. 50-ə yaxın mağaza sahibi ticarət mərkəzinin rəhbərliyi ilə görüşməyi tələb edir.

Mağaza sahibi Arif Məmmədov saytın əməkdaşlarına bildirib ki, yer haqqı aşağı salınmazsa mağazaları bağlamaq məcburiyyətindədilər: “Dollar bahalaşandan sonra ticarət “ölüb”. Gün ərzində 20 manatlıq alver edə bilmirik. Ayda isə sahəsindən asılı olaraq 600-1500 manat icarə haqqı veririk. Vəziyyət belə davam etsə, bazardakı mağazaların 70 faizi bağlanacaq”.

Hazırda ticarət mərkəzində 3-cü sıradan başlayaraq 8-ci sıraya qədər mağazaların əksəriyyəti fəaliyyətini dayandırıb. 3, 4 və 5-ci sıralarda 100-dən çox mağaza boşaldılıb.

Aksiya iştirakçısı Əli Əliyev yer haqqının yarıya qədər azaldılmasını tələb edir: “Həm mağaza sahibinə, həm də bazar rəhbərliyinə yer haqqı ödəyirik. Üstəlik vergi, Dövlət Sosial Müdafiə Fonduna ödəniş, mağazanın mühafizəsi üçün pul veririk. Dollar bahalaşandan sonra mal gətirə bilmirik. Yer haqqı azalmazsa, bazarı tərk edəcəm”.

Digər aksiya iştirakçısı isə ayda 900 manat icarə haqqı ödədiyini dedi: “Əvvəl 600 manat icarə haqqı ödəyirdik. Son 1 ildə icarə haqqı 300 manat bahalaşdırılıb. Əslində, bütün sahibkarlar şikayətçidir. Amma çoxları aksiyaya qatılmaqdan çəkinir. Hazırda bazar rəhbərliyinə yaxın adamlar sıralarda gəzir, nəzarət edirlər. Buna görə də bəziləri sözünü deməyə qorxur”.

Satıcı Nəsibə Məmmədova da qeyd edir ki, devalvasiyadan sonra güzəşt ediləcəyinə söz verilibmiş. Lakin güzəşt edilməyib, qiymətlər endirilməyib: “Bazara gələn yoxdur. Əvvəllər rayonlardan, Dağıstandan gəlib alver edirdilər. İndi alıcı gələndə mal alması üçün yalvarmaqdan canımız çıxır. Dollar bahalaşandan sonra geyim alan yoxdur. Aylıq 1000 manata qədər xərcimiz çıxır. Heç olmasa bazar rəhbərliyi güzəşt etsin”.

Qeyd edək ki, bəzi mağazaların üzərində yalnız icarə haqqına yer verildiyi ilə bağlı elanlar vurulub.

Mağaza sahibi Nəsib Quliyev deyir ki, mağazanın icarə haqqını azaldaraq təklif edirlər. Lakin hələlik heç kim mağaza icarəyə götürmək istəmir: “Dollar bahalaşandan sonra bir çox yerlərdə icarə haqqını azaltdılar. Məsələn, “28 May” keçidində yer pulunu aşağı salıblar.

Amma “Binə” bazarında güzəşt edilmədi. “Sədərkək” bazarında nisbətən alver var. Bu bazar isə alıcı üzünə həstərdir. Yaxın 1-2 ayda mağazalar tamamilə boşaldılacaq”.

Onu da qeyd edək ki, bazarın girəcəyində polis əməkdaşları dayanıb.

Onlar bir yerə toplanıb söhbət edənləri ərazidən uzaqlaşdırmağa çalışırlar. Satıcılar isə deyirlər ki, bazar rəhbərliyinə yaxın şəxslər də sıralarda gəzərək etirazçılarla tək-tək söhbət aparırlar.

Hələlik bazar rəhbərliyi mağaza sahibləri ilə görüşməyib.

“Binə” ticarət mərkəzinin rəhbərliyindən isə “aksiya yoxdur” deməklə kifayətləndilər.

Ülviyyə

Fotolar Samirə Həsənovanındır

Virtualaz.org

*   *   *12:05

Virtualaz.org saytının hadisə yerində olan əməkdaşlarının verdiyi məlumata görə, hazırda “Binə” ticarət mərkəzinin 4-cü və 5-ci sıralarında 50-yə yaxın mağaza sahibi aksiyanı davam etdirir. Onlar yer haqqının azaldılmasını tələb edirlər.

Həmin sıralardakı mağazalar bağlanıb, xeyli sayda polis əməkdaşları var.

Satıcılar deyiblər ki, yer haqqı azaldılmasa mağazaları boşaltmaq məcburiyyətindədirlər. Bazar rəhbərliyinin mağaza sahibləri ilə görüşəcəyi bildirilib.

Ülviyyə

Fotolar Samirə Həsənovanındır

Virtualaz.org

*   *   *10:44

Bakının ən böyük ticarət mərkəzlərindən biri olan “Binə”də hazırda aksiya keçirilir. Aksiya iştirakçıları isə ticarət mərkəzində işləyən tacirlərdir.

Onlar bir müddət öncə də dinc aksiya keçirib, tələblərini ortaya qoymuşdular. Görünən odur ki, istəkləri yerinə yetirilməyib. Belə ki, hazırda 5/3, 5/4 sıralarda çalışan sahibkarlar dükanları qapadaraq, bu şəkildə dinc aksiya keçirirlər. Onların etirazlarına səbəb isə, icarə haqlarının çox olmasıdır.

Şikayətçi sahibkarların musavat.com-a verdiyi məlumata görə, digər sahibkarlar da onlara qatılacaq: “Alver yoxdur. Pul qazana bilmirik. Gəlirlərimiz aşağı düşüb. Amma icarə haqqı dəyişməyib. Üstəlik ay tamam olan kimi pulu tələb edirlər. O pulu necə ödəyək? Bizi başa düşüb, qiyməti aşağı salmalıdırlar. Digər sıralarda olan tacirlər də bizə qatılmağı düşünürlər. Alver heç kimdə yoxdur, problem hamımızın problemidir. Belə getsə, hamımızı dükanları qapadıb, gedəcəyik”.



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə