Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

ABŞ-ın Gürcüstandakı səfiri Tbilisinin “Qazprom” ilə danışıqlarından danışdı
ABŞ-ın Gürcüstandakı səfiri Tbilisinin “Qazprom” ilə danışıqlarından danışdı
18 Yanvar 2016 / 14:53 / Baxış sayı: 242
Font1 Font2 Font3 Font4

“Gürcüstan yalnız bir təchizatçıya istiqamət götürməməlidir”. ABŞ-ın Gürcüstandakı səfiri Yan Kelli Tbilisinin “Qazprom” ilə danışıqlarında qəribə heç nə görmür, amma onların gedişatının daha şəffaf olmasını arzu edir, Oxu.Az “Vzqlyad”a istinadən xəbər verir. 

Xatırladaq ki, Gürcüstan “Qazprom” ilə danışıqların 90%-ni Azərbaycandan aldığı qazın tədarükünün diversifikasiyası üzrə aparır. Kelli bəyan edib ki, onun üçün hökumətin təqdim etdiyi informasiya qənaətbəxşdir. “Gürcüstan yalnız bir tədarükçüyə istiqamət götürməməlidir”, – o deyib. Eyni zamanda səfirin sözlərinə görə, daha çox şəffaflıq arzuolunandır.

Kelli həmçinin bəyan edib ki, Tbilisi “Qazprom” ilə danışıqlarda ölkənin enerji müstəqilliyini qoruyub saxlamalıdır. Gürcüstanın sabiq prezidenti, Odessanın hazırkı qubernatoru Mixeil Saakaşvilinin “Vahid milli hərəkat” partiyası artıq “Qazprom” ilə əməkdaşlığa qarşı silsilə aksiyalara başlayıb. Eyni zamanda baş nazir, energetika naziri Kaxaber Kaladze izah edib ki, onun “Qazprom” ilə danışıqlarında qınağa səbəb olan heç nə yoxdur. Onun sözlərinə görə, Gürcüstan “Qazprom”un tədarükündən asılı olmayacaq.

Bununla yanaşı o, mavi yanacağın tədarükünün diversifikasiyasının lehinədir, hazırda Gürcüstan qazı Azərbaycandan alır. Onun sözlərinə görə, Gürcüstan qazı “Qazprom”dan, gələcəkdə isə İran və Türkmənistandan da ala bilər. Daha öncə Kaladze Tbilisinin “Qazprom” ilə əvvəlki danışıqlarına dəyişikliklər etmək istədiyini, Ermənistana tranzit üçün 10% qazın əvəzinə pul almaq istədiyini bildirmişdi. Baş nazirin müavininin sözlərinə görə, Gürcüstan və “Qazprom” tranzit müqaviləsini hər il yeniləyirlər, amma bu dəfə Tbilisi qazın əvəzinə pul almaq istəyir.

O bildirib ki, hələlik yekun razılıq əldə edilməyib və Gürcüstan və “Qazprom” bir il müddətinə yeni müqavilə əldə etdikdən sonra ictimaiyyəti məlumatlandıracaq.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə