Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

““Köpəkoğlu” sözünə görə icra başçısına cinayət işi açıla bilər”
““Köpəkoğlu” sözünə görə icra başçısına cinayət işi açıla bilər”
18 Yanvar 2016 / 15:22 / Baxış sayı: 1566
Font1 Font2 Font3 Font4
Manatın devalvasiyası və üzən məzənnə siyasətinə keçiddən sonra ərzaq məhsullarında müşahidə edilən bahalaşma və suni qiymət artımına qarşı bir neçə rayonun sakinləri etiraz aksiyası keçirdilər. Həmin rayonların icra başçıları əhali ilə danışqlar apararaq suni qiymət artımına gedənlərin cəzalandırılacağını və qiymətlərə nəzarət ediləcəyini bildirdilər. 
Cəbrayıl rayon İcra Hakimiyyətinin başçısı Mahmud Quliyev isə həmkarlarından fərqli olaraq insanlarla danışmaq və istəklərini dinləmək əvəzinə, onlara hədə-qorxu gəlib, təhqiramiz ifadələr işlətdi.  İcra başçısının bu hərəkətini əks etdirən video günlərdir sosial şəbəkələrdə müzakirə obyektinə çevrilmişdi.
Hüquqşunas Əliməmməd Nuriyev Modern.az-a açıqlamasında bildirib ki, icra başçısının bu hərəkətinə “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” Qanuna uyğun olaraq baxıla bilər. O qeyd edib ki, nəzakətsiz davranışa görə intizam qaydasında ona xəbardarlıq edilə bilər.

“Yuxarı orqan-Prezident Adminstrasiyası tərəfindən icra başçısına cəzalar tətbiq edilə bilər. Digər tərəfdən, onun konkret şəxsə söyədiyi fikir və etdiyi hərəkətlərə görə də həmin şəxs təhqir olunduğunu əsas gətirərək, hüquq-mühafizə orqanlarına cinayət işinin başlanması ilə bağlı müraciət edə bilər. Bu artıq xüsusi ittihamda olan işdir”.

Ə.Nuriyev qeyd edib ki, dövlət qulluqçusu Prezidentin müşavirələrində də dediyi kimi, nəzakətli olmalı, xalqın xidmətində durmalıdır. “Eyni zamanda məmur öz hərəkətlərində etik davranış kodekslərinə əməl etməlidir. Bu, bütün dövlət qulluçularına, eyni zamanda icra başçısına aid olan məsələdir. Yuxarı orqanın qərarına görə bu kimi hərəkətlərə görə icra başçısına xəbardarlıq edilə və ya işdən çıxarıla bilər”.

arxiv.bizimxeber.az



““Köpəkoğlu” sözünə görə icra başçısına cinayət işi açıla bilər” yazısına 1 şərh yazıldı




Yuxarı Geri Ana səhifə