Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Saatlıda Maliyyə İdarəsi rəisinin talançılığı
Saatlıda Maliyyə İdarəsi rəisinin talançılığı
18 Yanvar 2016 / 15:28 / Baxış sayı: 1318
Font1 Font2 Font3 Font4

Saatlıda Maliyyə İdarəsinin rəisi Namiq Bağırov haqda şikayətlər var. İdarə rəisi tenderlərdə özünə yaxın şirkəti qalib elan edərək büdcə pullarını çırpışdırır. N.Bağırovun Saatlıda abadlıq işləri üçün ayrılan vəsaitlərin xərclənməsində yol verdiyi maxinasiyalar Maliyyə Nazirliyinə məruzə olunub.

Nazir Samir Şərifova ünvanlanan müraciətlərdə Saatlıdakı idarədə yoxlamalar aparılması və Hesablama Palatasının qurumun fəaliyyətini  yoxlaması istənilir.

N.Bağırovun tenderdə qalib gələn MMC-lər hesabına varlanması, Bakıda malikanələrə sahiblənməsi, biznes əlaqələrini genişləndirərək marketlər açması xüsusi qeyd olunub. Hətta maliyyə idarəsinin rəisi gözəllik salonlarını da istifadəyə verib. Saatlıda isə ferması fəaliyyətdədir. Fermada 200 baş iribuynuzlu heyvan, 200 ədəd isə qoyun saxlanır.

Məlumatda bildirilir ki, idarə rəisi uşaq baxçalarının ərzaq pullarını mənimsəyib. O, saxta invertar və yumşaq material qaimələri hesabına körpələrin ərzağını talan edib. Beləliklə, dövlət pulları sayəsində tezliklə biznes imkanlarını artıran N.Bağırov dünənə kimi öz himayəçisinə arxalanıb. Məktub göndərən müəllif qeyd edib ki, idarə rəisi MTN-nin sabiq rəhbəri Eldar Mahmudova yaxın kadr olub. MTN şefinin vəzifədə olduğu dövrdə onun “qılıncının dalı və qabağı”na çıxan olmayıb.

Mahmudova güvənən Bağırov indi himayədarını itirib. Onunla bağlı nazirliyə ünvanlanan müraciətlərin araşdırılacağı gözlənilir. /Tia.az/

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə