Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Nərimanov rayonundakı Məktəb Lisey Kompleksində 20 yanvar anıldı
Nərimanov rayonundakı Məktəb Lisey Kompleksində 20 yanvar anıldı
18 Yanvar 2016 / 15:52 / Baxış sayı: 184
Font1 Font2 Font3 Font4

20 Yanvar faciəsinin iyirmi altıncı ildönümü ilə əlaqədar Nərimanov rayonundakı Məktəb Lisey Kompleksində anma mərasimi keçirilib. Mərasimdə rayonda yaşayan 20 Yanvar şəhid ailələri, Nərimanov Rayon İcra Hakimiyyəti başçısının müavini İradə Mahmudova, Yeni Azərbaycan Partiyasının Nərimanov Rayon Qadınlar Şurasının sədri Məhəbbət İbrahimova və məktəbin müəllim-şagird kollektivi iştirak etmişlər.

İlk öncə tədbir iştirakçıları məktəbin foyesində şagirdlərin 20 Yanvar faciəsinə həsr olunmuş rəsmlərindən ibarət sərgiyə baxmışlar.

Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad ediləndən sonra çıxış edənlər 20 Yanvar faciəsinin baş verməsinin siyasi səbəbləri və ağır mənəvi, psixoloji və sosial nəticələri barədə ətraflı məlumat vermişdir. Keçmiş SSRİ-nin sonuncu rəhbərliyinin Azərbaycan xalqına qarşı yürütdüyü ayrı-seçkilik və düşmənçilik siyasətindən bəhs edən natiq bildirmişdir ki, faciənin törədilməsində əsas məqsəd Ermənistanın Azərbaycana qarşı əsassız ərazi iddialarının gerçəkləşməsinə münbit hərbi şərait yaratmaq olmuşdur.

O vaxt xalqımızın Ümummilli lideri Heydər Əliyev Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək 20 Yanvar faciəsini törədənləri kəskin ittiham etmiş və regionda baş verən siyasi proseslərin əsl mahiyyətini beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmışdır. Uzun illər bu hadisəyə siyasi qiymət verilməmiş, bəzi maraqlı qüvvələr bu qanlı cinayətin unudulmasına çalışmışlar. Lakin ulu öndər Heydər Əliyev ikinci dəfə hakimiyyətə gələndən sonra 20 Yanvar faciəsinə ilk dəfə olaraq siyasi-hüquqi qiymət verilmişdir. Azərbaycan xalqı heç zaman bu hərbi cinayəti unutmayacaq, onu törədənləri bağışlamayacaqdır. Azərbaycanın ərazi bütövlüyü və müstəqilliyi uğrunda şəhid olmuş qəhrəman övladlarımızın əziz xatirəsi həmişə qəlbimizdə uca tutulacaqdır.

Rəsmi hissədən sonra tədbir bədii hissə ilə davam etdirilmiş, şagirdlərin ifasında öz şərəfli ölümləri ilə tarix yazmış qəhrəman Vətən övladlarına həsr edilmiş şeirlər səsləndirilmiş və qanlı Yanvar faciəsinin dəhşətlərini əks etdirən ədəbi-bədii kompozisiya nümayiş etdirilmişdir.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə