Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Prokuror Zakir Qaralovun kirvəsindən 7 min alaraq onu zaminə buraxdı
Prokuror Zakir Qaralovun kirvəsindən 7 min alaraq onu zaminə buraxdı
18 Yanvar 2016 / 16:02 / Baxış sayı: 1494
Font1 Font2 Font3 Font4

2014-cü ildə  ölkə mətbuatında  Yasamal rayonu, Şərifzadə küçəsi 12, aspirantların yataqxanası, bina 53, otaq 53 ünvanında yaşayan Məmişova Səadət Baba qızının hüquq mühafizə orqanlarının rəhbərlərinə  ünvanlanmış müraciəti dərc olunmuşdu.

Xatırlatma üçün  bildirək ki, Məmişova öz şikayətində bildirirdi ki,  özünü  baş prokuror Zakir Qaralovun kirvəsi kimi qələmə verən Elşad Maqsud oğlu Atakişiyev  onu aldadaraq həyat yoldaşını həbsdən azad etmək adı ilə ondan 30 min manat pul alıb və geri qaytarmayıb.

Zərəçəkən  müxtəlif  orqanlara şikayət etsə də heç bir reaksiya olmayıb.

Məmişovanın müraciəti mətbuatda  dərc olunandan bir neçə gün sonra  Yasamal Rayon Polis İdarəsinin İstintaq Şöbəsində 12 may 2014-cü il tarixdə Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq) maddəsi ilə cinayət işi başlanaraq istintaq aparıldı  və  Elşad Atakişiyev  həbs edildi.

Bu günlərdə  Məmişova NUH.az-a  müraciət edərək  bildirdi ki, Yasamal polisi  Elşad Atakişiyevi   2 gün  həbsdə saxlasa da, Yasamal rayon prokurorluğu, şəxsən  prokuror  Həsrət  Pirməmmədov 7 min  manat alaraq onu zaminə buraxdı. Hazırda isə Bakı Ağır Cinayətlər Məhkəməsi tərəfindən Elşad Atakişiyev barəsində axtarış elan olunub.

Zərərçəkən haqlı olaraq soruşur ki, 30 min pul atan cinayətkarı Yasamal prokurorluğu nə üçün zaminə buraxıb..?

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə