Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Ziya Məmmədovun “SAĞ ƏLİ”…
Ziya Məmmədovun “SAĞ ƏLİ”…
18 Yanvar 2016 / 17:37 / Baxış sayı: 494
Font1 Font2 Font3 Font4

Nəqliyyat nazirinin «sağ əli» sayılan Qulam Ələkbərov rayonlara icra başçısı təyin etməkdən tutmuş, tenderlərə şərikliyə qədər hər işə qarışıb
Azərbaycanda mütəmadi olaraq dövlət qurumlarında çalışan şəxslər arasında Hacı Məmmədov və ya ona bənzər insanların çıxması adi hala çevrilib. 2005-ci ildə DİN-də yüksək vəzifə tutan birinin adam oğurluğu və şantaj yolu ilə pul qazanmaq üçün cinayətkar dəstənin mövcudluğunun üzəri açıldıqdan sonra böyük əksəriyyət düşünürdü ki, daha belə hallar baş verməyəcək. Amma…
Məsələ ondadır ki, zaman içində məlum oldu ki, Hacı Məmmədov bu şəbəkənin sadəcə kiçik vintlərindən biridir. Üstəlik, belə cinayətkar dəstələr digər nazirliklərdə də mövcuddur. Məsələn, bu ilin oktyabrında ləğv edilmiş MTN-lə bağlı qalmaqalın üzə çıxması sübut etdi ki, bir zamanlar Hacı Məmmədovu zərərsizləşdirənlərin özü ondan daha betər işlərə qol qoyublar. Ölkənin mili təhlükəsizliyinə cavabdeh olan bir nazirliyin başında oturan generallar nəinki insan oğurlayıb, şantaj edib pul qazanıblar, hətta deputat, icra başçısı, üstəlik, cinayətkar şəbəkə formalaşdırıblar.
Azad.Media bu xüsusda apardığı araşdırmalardan birində daha dəhşətli məqamın üzərini açıb. JAM.AZ sayta istinadən xəbər verir ki, Hacı Məmmədovun bir tayı da elə Nəqliyyat Nazirliyinin içindəymiş və hazırda da işinin başındadır. Araşdırmalar zamanı bəlli olub ki, nəqliyyat naziri Ziya Məmmədovun «sağ əli» sayılan şəxs özünə şəbəkə quraraq, bir sıra qeyri-qanuni işlərə qol qoyub. “Ziya Məmmədovun «sağ əli», həm də «kassiri» kimi ad çıxarmış şəxs Qulam Ələkbərovdur. Ələkbərovun adı nəinki qeyri-qanuni maliyyə işlərində, hətta adam oğurluğu, şantaj da hallanır. Mənbənin bildirdiyinə görə, bir müddət əvvəl nəqliyyat naziri ilə bağlı vəziyyət pisləşəndə ölkədən qaçan sözügedən şəxsin hazırda Ukraynada olduğu deyilir. Ancaq qardaşı Misir Ələkbərov hazırda Goranboy rayonundadır və dəfələrlə bir sıra ağır cinayətlərə görə məsuliyyətə cəlb olunsa da, yerli Yol İstismar İdarəsində rəis müavini vəzifəsində çalışır”.
Sayt daha sonra yazır ki, Qulam Ələkbərov nəqliyyat naziri Ziya Məmmədovun nəzarətində olan bütün rayonlarda keçirilən tenderlərə bölüşdürməkdə, habelə icra başçısı təyin etmək səlahiyyətlərinə malikdir. “İddialara görə, Ələkbərov aşağıdakı icra başçılarının təyinatında müstəsna xidməti olub. Daha doğrusu, Ziya Məmmədova bu şəxsləri o təqdim edib:
– Nizaməddin Quliyev: Goranboyun icra başçısı;
– Rauf Həbibov: Qubanın sabiq icra başçısı;
– Yaşar Məmmədov: Qubanın hazırkı icra başçısı;
– Mübariz Ağayev: Göyçayın icra başçısı;
– Nəsib Məsməliyev: Nəsiminin sabiq icra başçısı, hazırda deputatdır;
– Niyazi Bayramov : Mingəçevirin icra başçısı;
– Lütfəli Babayev: Zərdabın icra başçısı”.
Amma sayt qeyd edir ki, məsələ bununla da bitmir. “Maraqlıdır ki, bu rayonlarda həyata keçirilən bütün tenderlər Qulam Ələkbərovun razılığı ilə reallaşa bilərmiş. Yaradılan bütün şirkət, MMC-lərdə də birbaşa onun payı var. Bundan əlavə, sözügedən şəxsin icra başçılarından aylıq «pay» aldığı da verilən məlumatlar sırasındadır.
Uzun müddət Bakıda fəaliyyət göstərən «Mona Liza» şadlıq sarayında özünə qarar qurmuş Qulam Ələkbərovun haqqında digər ilginc məqamlar da var. Onlarla bağlı geniş araşdırmalar aparılır və yaxın günlərdə oxuculara geniş məlumat veriləcək”.
Yazıda adları keçən şəxslərin də mövqeyini dərc etməyə hazırıq.


Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə