Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

“Sobranie” markalı siqaretlər əl altından 5 manata satılır…
“Sobranie” markalı siqaretlər əl altından 5 manata satılır…
19 Yanvar 2016 / 12:15 / Baxış sayı: 2500
Font1 Font2 Font3 Font4
Ölkədə siqaret satışı tamam dayandı…
Bu gün səhər saatlarından etibarən yenidən paytaxtın satış nöqtələrində bəzi siqaretlərin satışı dayandırılıb. arxiv.bizimxeber.az əməkdaşlarının aparığı kiçik araşdırma nəticəsində bəlli olub ki, səhər saatlarından etibarən firmalar mağazalara bəzi siqaretləri verməyiblər.
Əsasən “Sobranie” markalı siqaretlər satış məntəqələrinə, köşk və marketlərə ümumiyyətlə verilməyib. Hər dəfə qiymət qalxdığı zaman “Sobranie” markalı siqaretlərin satışının dayandırılmasının şahidi oluruq. Bunun isə bilərəkdən edildiyi deyilir.
Siqaret topdansatışı ilə məşğul olan şəxslərin arxiv.bizimxeber.az-a verdiyi məlumata görə, səhər saatlarından menecerlərə ümumiyyətlə, satışı dayandırmaq göstərişi verilib. Bununla da siqaret satışı müvəqqəti olaraq dayandırılıb. Səbəb isə guya qiymətlərdə baş verən ani dəyişiklik olub.
arxiv.bizimxeber.az-a daxil olan məlumatlarda qeyd olunur ki, siqaret monopoliyası bazarda bilərəkdən qıtlıq yaradır və bununla da öz istəklərinə nail olmaq istəyirlər.  Hazırda ölkədə siqaretin satışı demək olar ki, tamam dayandırılıb… “Sobranie” markalı siqaretlər isə əl altından 5 manata satılır…
arxiv.bizimxeber.az


Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə