Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Bakıda anası ilə birgə qətlə yetirilən şəxs şirkət rəhbəridir – YENİLƏNİB + FOTO
Bakıda anası ilə birgə qətlə yetirilən şəxs şirkət rəhbəridir – YENİLƏNİB + FOTO
19 Yanvar 2016 / 12:21 / Baxış sayı: 454
Font1 Font2 Font3 Font4

Bakıda ana və oğlunun qətli ilə bağlı bəzi məqamlar üzə çıxıb. Dünən axşam saatlarında 34 yaşlı Aleksandr Məhərrəmovun dostları gün ərzində onunla əlaqə yarada bilmədiklərindən təşvişə düşüblər. Bu barədə ilk olaraq A.Məhərrəmovun hazırda İtaliyada olan iş yoldaşı məlumat verib və o, feysbuk vasitəsi ilə dostlarına çağırış edərək təcili Aleksandrı tapmalarını xahiş edib. 

Daha sonra dostları Məhərrəmovların Nərimanov rayonu Molla Cümə küçəsində yaşadıqları mənzilə gəlib və qapının bağlı olduğunu görüblər. Onlar dərhal polisə, polis isə Fövqəladə Hallar Nazirliyinin xilasedicilərinə müraciət edib.

Hüquq-mühafizə orqanlarından bildirilənə görə, ilkin olaraq müəyyən edilib ki, evdən hər hansı oğurluq edilməyib. Həmçinin qətli törədən şəxs və ya şəxslərin hadisədən sonra qapını bağlayıb çıxmaları da diqqəti cəlb edib. Hazırda araşdırmalar davam etdirilir.

10:58

Bakıda anası ilə birgə qətlə yetirilən şəxsin şirkət rəhbəri olduğu məlum olub. Molla Cümə küçəsindəki evdə anası Janna Məhərrəmova ilə birgə qətlə yetirilən 34 yaşlı Aleksandr Məhərrəmov “Biznes Dialoq” konsaltinq/biznes xidmətləri şirkətinin rəhbəri olub. O, həm də business-dialogue.az saytının təsisçisi və rəhbəri olub.

Hazırda qətllə bağlı hüquq-mühafizə orqanları araşdırmaları davam etdirir. Əməliyyat-axtarış tədbirləri aparılır. Qətlin hansı şəraitdə və hansı səbəbdən törədilməsi hələlik tam məlum deyil.

10:00

Bakıda mənzildə meyitləri tapılan şəxslərin qətlə yetirildiyi məlum olub. Oxu.Az xəbər verir ki, Nərimanov Rayon Polis İdarəsindən APA-a verilən məlumata görə, rayonun Molla Cümə küçəsi ev 4, mənzil 8 ünvanında ölmüş vəziyyətdə aşkarlanmış şəxslərin ana və oğlu olması müəyyən edilib. Meyitlərə baxış keçirilərkən onların baş nahiyələrində küt alətlə etdirilmiş zərbələrə xarakterik xəsarətlər aşkar edilib. Hadisənin kim tərəfindən və hansı məqsədlə törədilməsi hələlik məlum deyil. Faktla bağlı Nərimanov Rayon Prokurorluğu tərəfindən cinayət işi başlanıb, istintaq gedir.

09:10

Bu gecə Bakıda mənzildən iki meyit tapılıb. Oxu.Az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Bakı şəhəri, Nərimanov rayonunda mənzildə 1949-cu il təvəllüdlü Məhərrəmova Janna Hənifəyevna və 1982-ci il təvəllüdlü Məhərrəmov Aleksandr Gennadiyeviçin bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Dərhal Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq mənzilin qapısını açıblar və vətəndaşların cəsədini aidiyyəti üzrə təhvil veriblər.

Əməliyyat saat 03:26-da başa çatıb.



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə