Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Yevlaxda 500 sahibkar aylıq icarə və kamunal xərclərdən azad edildi
Yevlaxda 500 sahibkar aylıq icarə və kamunal xərclərdən azad edildi
19 Yanvar 2016 / 12:53 / Baxış sayı: 1350
Font1 Font2 Font3 Font4

Prezident İlham Əliyevin yerli icra strukturlarının qarşısında qoyduğu vəzifələri yüksək səviyyədə həyata keçirmək, süni qiymət artımının qarşısını almaq, kiçik və orta sahibkarlıqla məşğul olan iş adamlarının fəaliyyətinə stimul vermək məqsədilə Yevlax şəhərində mühüm addımlar atılır.

Belə ki rayonda orta və kiçik sahibkarlıqla məşğul olan 500 nəfərdən çox şəxs 2 ay müddətinə kommunal və digər xərclərdən, o cümlədən rüsumlardan azad edilib. Belə bir addımı “Aznefmaş” şirkətinin rəbərliyi atıb. Aznefmaş” şirkətinin tərkibindəki Yevlax Mərkəzi Bazarında fəaliyyət göstərən mağaza, köşk, və digər satış obyektlərinin işçiləri aylıq icarə haqlarını da ödəməyəcəklər.

Əsas devalivasiya ilə əlaqədar əhalinin alıcılıq qabiliyyətinə təsir etməməsi üçün ərzaq və digər zəruri məhsulların qiymətlərinin bahalaşmasının qarşısını almaq, kiçik və orta sahibkarların fəaliyyətinə stimul verməkdir. Şirkət rəhbərinin bu addımı əhali və xüsusəndə sahibkarlar tərəfindən böyük rəğbətlə qarşılanıb.

Yevlax Şəhər İcra Hakimiyyətində sahibkarlar və ictimaiyyət nümayəndələri ilə təşkil olunan görüşdə də Yevlax Şəhər İcra Hakimiyyətinin başçısı Qoca Səmədov Azərbaycan Respublikası Prezidentinin tapşırığına əsasən, buğdanın idxalı və satışı, buğda ununun və çörəyin istehsalı və satışının əlavə dəyər vergisindən azad olunmasını, şəhid ailələrinə verilən təqaüdün, yaşa görə əmək pensiyalarının baza hissəsinin, məcburi köçkünlərə verilən aylıq xərclərin və 20 Yanvar hadisələrində əlil olmuş şəxslərə verilən təqaüdlərin, müəllim, həkim mədəniyyət, gənclər idman və digər sahələrdə çalışan şəxslərin aylıq əmək haqqısının artırılmasını yüksək qiymətləndirib. Bildirib ki, dövlətimizin başçısının tapşırığına uyğun olaraq, əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində həyata keçirilən tədbirlər bundan sonra da davam etdiriləcək.

Görüşdə sahibkarlar göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını ifadə edib, dövlətimizin başçısının süni qiymət artımının qarşısının alınması ilə bağlı tapşırığına əməl edəcəklərini bildiriblər.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə