Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Sumqayıtda dəhşətli qətl: hadisəni törədənlər arasında qadın da olub
Sumqayıtda dəhşətli qətl: hadisəni törədənlər arasında qadın da olub
19 Yanvar 2016 / 13:11 / Baxış sayı: 1524
Font1 Font2 Font3 Font4

Sumqayıt şəhərində törədilmiş dəhşətli qətl hadisəsinin bəzi təfərrüatları məlum olub. “Report”un prokurorluq orqanlarından əldə etdiyi məlumata görə, 69 yaşlı Rəfiqə Ağayevanı öldürməkdə şübhəli bilnirək tutulanlar arasında onun qardaşı arvadı Şəhla Xəlfəyeva da var. O, fakt üzrə istintaqa cəlb edilib və tutulub.

Bundan başqa, məlum olub ki, iş üzrə R.Ağayevanın tutulan qardaşı Şahbaz və qardaşı oğlu İslam Xəlfəyevin hər ikisi əvvəllər məhkum olunmuş şəxslərdir. Hadisənin bacı ilə qardaş (həmçinin qardaşın ailəsi) arasında baş verən mülk mübahisəsi üstündə baş verdiyi də məlum olub.

***
11:28
Sumqayıtda dəhşətli qət törədilib. Virtualaz.org Baş Prokurorluğun mətbuat xidmətinə istinadən bildirir ki, yanvarın 18-də Sumqayıt şəhəri, Ə.Vahid küçəsi, 39 saylı evin yaxınlığında üzərində zorakılıq əlamətləri olan naməlum qadın meyitinin aşkar edilməsi barədə daxil olmuş məlumat əsasında dərhal hadisə yerinə baxış keçirilməklə zəruri prosessual hərəkətlər yerinə yetirilmiş və faktla bağlı şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Polis və prokurorluq orqanları tərəfindən həyata keçirilən təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində meyitin Sumqayıt şəhər sakini, 1947-ci il təvəllüdlü Rəfiqə Ağayeva olması müəyyən edilib, həmçinin cinayətin Sumqayıt şəhər sakinləri, 1961-ci il təvəllüdlü Şahbaz Xəlfəyev və 1991-ci il təvəllüdlü İslam Xəlfəyev tərəfindən törədilməsində kifayət qədər əsaslar olduğundan onlar, şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunublar.

İstintaq zamanı R.Ağayevanın yanvarın 17-də saat 23 radələrində məişət zəminində aralarında yaranmış mübahisə zamanı qardaşı Şahbaz və qardaşı oğlu İslam Xəlfəyevlər tərəfindən küt alətlə çoxsaylı xəsarətlər yetirilərək qəsdən öldürülməsi müəyyənləşdirilib. Hazırda iş üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə