Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Milli QHT Forumu 20 Yanvar şəhidlərini andı
Milli QHT Forumu 20 Yanvar şəhidlərini andı
19 Yanvar 2016 / 17:32 / Baxış sayı: 142
Font1 Font2 Font3 Font4

Azərbaycan Milli QHT Forumu (MQF) 18 yanvar 2016-cı il tarixində “20 Yanvar – Müstəqil Azərbaycan tarixinin qanlı və şanlı səhifəsi” adlı tədbir və İdarə Heyətinin növbəti iclasını keçirmişdir. Tədbiri Rauf Zeyni açıq elan edərək, İdarə Heyətinin üzvlərini və qonaqları salamladı.

Tədbir iştirakçıları tərəfindən 20 yanvar faciəsində şəhid olanların ruhu bir dəqiqəlik sükutla yad edildi.

Sonra MQF İH-nin üzvü, tarix elmləri doktoru Məhərrəm Zülfüqarlı məruzə ilə çıxış edərək, “20 Yanvar – Müstəqil Azərbaycan tarixinin qanlı, eyni zamanda şərəfli səhifəsidir. Azərbaycanın dövlət müstəqilliyi yolunda yüzlərlə insan şəhid oldu. Azərbaycan xalqı öz azadlığı uğrunda döyüşərək 18 oktyabr 1991-ci ildə Parlamentdə Konstitusiya Aktı qəbəul edərək, öz istiqlaliyyətini bərpa etdi. Biz hər birimiz azadlıq yolunda mübarizə aparan həmin insanların varisləri kimi bu dövlətimizi qorumalı və gələcək nəsillərə çatdırmalıyıq. Bu gün dünyada baş verən siyasi çətinliklər, iqtisadi böhran şəraitində dövlətimizin ətrafında sıx birləşməliyik” fikirlərini bildirdi.

Sonra MQF-nin İdarə Heyətinin üzvü, Sosial İslahatlar və Araşdırmalar İB-nin sədri Namiq Həsənov – 1990-cı il 20 yanvar ərəfəsində Bakı və Naxçıvanda ictimaiyyətə az məlum olan maraqlı faktlar açıqladı. MQF Elm Mərkəzinin rəhbəri, tarix üzrə fəlsəfə doktoru Nüşabə Məmmədova, MQF-nin İdarə Heyətinin üzvü, Dünya Gənc Türk Yazarlar İB-nin sədri Əkbər Qoşalı və digərləri mövzu ətrafında öz fikirlərini bildirdilər.

Sonra İdarə Heyətinin iclası öz işini davam etdirdi. MQF İdarə Heyətinin katibi İradə Əliyeva gündəlikdə duran məsələlər haqqında iştirakçılara qısa məlumat verdi. Daha sonra yeni təşkilatların – “Çağdaş Gənclik” İB və “Gənclərə Dəstək” İB-nin MQF-yə üzv qəbul edilməsi İdarə Heyətinin üzvləri tərəfindən müzakirə olundu və yeni təşkilatlar MQF-yə üzv qəbul olundu.

Sonra forumun prezidenti Rauf Zeyni ölkədə yaranmış mövcud ictimai-siyasi vəziyyət barədə, ictimai şuraların yaranması və fəaliyyəti barədə İdarə Heyətinin üzvlərini məlumatlandırdı.

Daha sonra İdarə Heyətinin üzvləri məsələ ilə əlaqədar öz fikirlərini bildirdilər. Qeyd olundu ki, ölkədə yaranmış mövcud ictimai-siyasi vəziyyət ilə əlaqədar ictimai şuralar yaradılmalıdır və bütün çətinliklərə baxmayaraq, ölkə prezidentinin ətrafında daha sıx birləşməli və problemlərin həllinə öz töhvəsini verməlidir.

Beləliklə, MQF İdarə Heyətinin növbəti iclasında gündəlikdə olan məsələlərlə bağlı müvafiq qərarlar qəbul olundu və MQF-nin üzvlərinin sayı 667-ə çatdı.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə