Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

“Günəşli” yatağında quyu istismara verilib
“Günəşli” yatağında quyu istismara verilib
19 Yanvar 2016 / 17:58 / Baxış sayı: 242
Font1 Font2 Font3 Font4

Təmirdən sonra istifadəyə verilmiş quyudan sutkalıq 70 ton neft və 25 min kubmetr qaz hasil olunacaq. “Günəşli” yatağındakı 15 nömrəli dərin dəniz özülündə 272 nömrəli quyu əsaslı təmirdən sonra istismara verilib.

SOCAR-ın rəsmi saytında bildirildiyinə görə, quyu məhsuldar qat çöküntülərinin Balaxanı Lay Dəstəsinin IX horizontundan fontan üsulu ilə məhsul verib, 2960-2924 metr intervaldan sutkalıq 70 ton neft və 25 min kubmetr qaz hasilatı ilə istismar fonduna qəbul edilib.

Sözügedən quyuda istismar işləri “Azneft” İstehsalat Birliyinin “28 May” Neft və Qazçıxarma İdarəsi tərəfindən həyata keçirilir.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə