Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Psixoloqdan gənc cütlüklərə MƏSLƏHƏT
Psixoloqdan gənc cütlüklərə MƏSLƏHƏT
19 Yanvar 2016 / 18:32 / Baxış sayı: 1586
Font1 Font2 Font3 Font4

Günümüzdə psixoloqa müraciət edən insanların sayı artıb”. Bu fikirləri SİA-ya açıqlamasında psixoloq Fərəh Quliyeva deyib. Psixoloq bildirib ki, bir müddət öncə psixoloqa müraciət etmək insanlarda kompleks yaradırdı: “Qohum-qonşu nə deyər düşüncəsi həmin insanları kompleksə salırdı. Özünün və ruhi sağlamlığının qayğısına qalan insanlar asanlıqla psixoloqa müraciət edirlər. Bunu kompleks etmək lazım deyil. Bəzən müraciət edənləri məxfilik barədə şübhələr narahat edir.

Mən onları əmin edirəm ki, məxfilik tam şəkildə qorunur. Ailələrdə stress, əsəb səbəbilə pozulan münasibətlər bəzən boşanmalarla nəticələnə bilir. İki şəxs arasında anlaşılmazlıq yaranarkən bunu üçüncü şəxsin- psixoloqun bilməsi əvəzində digər insanlardan məcburi şəkildə dəstək gözlənilir və yaxud da aralarında baş verənləri tamam başqa formada kimlərəsə danışıb rahatlıq tapacaqlarını düşünürlər. Halbuki ailə psixoloquna hər şeyi olduğu kimi danışmaqla insanlar ruhi rahatlıq tapar və hətta anlaşılmazlıq yaranan məqamları da özlər üçün aydınlaşdıra bilər”.


Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə