Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

“Azərbaycan hakimiyyətində möhkəmlənmək üçün evlənirlər…” – Türk qəzetindən iddia
“Azərbaycan hakimiyyətində möhkəmlənmək üçün evlənirlər…” – Türk qəzetindən iddia
19 Yanvar 2016 / 19:35 / Baxış sayı: 498
Font1 Font2 Font3 Font4

Türkiyədə AKP hakimiyyətinə bağlı “Yeni Şafak” qəzeti Fətullah Gülən təriqətinin – “Paralel yapı”nın Azərbaycandakı yeni taktikası barədə sensasion hesab edilə biləcək iddialarla çıxış edib. Virtualaz.org xəbər verir ki, qəzet təriqətin Qafqaz respublikaları üzrə imamlarını Azərbaycandakı məktəblərinin məzunları arasından seçib yerləşdirdiyini yazır. Bu imamlar isə dövlətin bürokratik sisteminə sistematik olaraq sızır.
Qəzet heç bir qaynaq göstərmədən yazır ki, təriqət Türkiyə-Rusiya münasibətləri, Türk-Gürcü mədəni əlaqələri adı altında dərnəklər, yaxud QHT-lər qurur. Daha sonra önəmli dövlət strukturlarına öz adamlarını yerləşdirir. “Fətullah Gülənin xaricdə açdığı ilk universitet olan Qafqaz Universitetindən məzun olanlar arasından seçilən imamlar Azərbaycan dövlətinin önəmli strukturlarında agentlərini yerləşdirmək üçün strateji nigahlara girirlər”-qəzet yazır.
Bildirilir ki, təriqət Rusiya, Ukrayna, Gürcüstan, Qazaxıstan və Türkmənistan kimi ölkələrə Azərbaycanda yetişdirdikləri imamlardan təyin edirlər. Mədəni dərnəklər qurub sonra dövlət sisteminə sızmağa çalışırlar. “Paralel strukturun Azərbaycan qolunun mənsubları strateji evliliklərə girərək mühüm postlar tutan şəxslərlə münasibətlərini gücləndirirlər. İmam olaraq seçilən şəxslər siyasətdə önəmli mövqe tutan şəxsin qızı, yaxud həyat yoldaşı vəfat edən biri ilə evlənərək qohumluq bağları qurur”-“Yeni Şafak” iddia edir.
arxiv.bizimxeber.az


Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə