Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Müsavatın Cəlilabad təşkilatının küçə yürüşünə icazə verilmədi
Müsavatın Cəlilabad təşkilatının küçə yürüşünə icazə verilmədi
20 Yanvar 2016 / 13:45 / Baxış sayı: 422
Font1 Font2 Font3 Font4

“Bu gün saat 10 radələrindən Şəhidlər xiyabanı hər bir rayon sakininin üzünə açıqdır. Rayon rəhbərliyi, səhiyyə, təhsil və mədəniyyət işçiləri, hərbi qulluqçular və sadə insanlar sərbəst şəkildə xiyabana gələrək şəhidlərə öz ehtiramlarını ifadə edirlər. Müsavat Partiyasının beş-on üzvü isə şəhidlərin adından istifadə edərək qanunsuz küçə yürüşü keçirmək istəyib”.

Bunu APA-nın cənub bürosuna açıqlamasında Cəlilabad Rayon İcra Hakimiyyəti Aparatının ictimai-siyasi şöbəsi müdirinin səlahiyyətlərini icra edən Loğman Hüseynov deyib.

Onun sözlərinə görə, Müsavatın yerli təşkilatının qərargahı ilə Şəhidlər xiyabanı arasında məsafə 3 km-dir: “Onlar küçə ilə yürüş etmək, şüarlar səsləndirmək niyyətində olublar. Bu isə qanuna zidd hərəkət hesab olunur və belə hərəkətlər yolverilməzdir”. Qeyd edək ki, Müsavat Partiyasının Cəlilabad rayon təşkilatının sədr müavini Əlipənah Rzalı sayta bildirib ki, Şəhidlər xiyabanını ziyarət etmələrinə imkan verilməyib.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə