Məlumatda bildiririlir ki, ölkə başçısı İLham Əliyev sahibkarlara şəraitin yaradılmasını dəfələrlə çıxışlarında vurğulsa da, Muxtarov bu tapşırıqları gözardı edir. Bununla yanaşı, raonda bir məqam xüsusi ilə diqqəti çəkir. O da Hacıqubulun icra başçısının kim olmasıdır. Rəsmi olaraq Əhməd Muxtarovun icra başçısı təyin edildiyi dəqiqdir. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 29 mart 2006-cı il tarixli 1380 saylı sərəncamı ilə 68000 nəfər əhalisi olan rayona icra başçısı təyin olunan Muxtarov rayonu köməkçisi və sürücüsünə həvalə edib. Onun köməkçisi və sürücüsünün çıxdığı oyunlar isə tamam başqa təsəvvür yaradır.Sakinlərdən biri vurğulayıb ki, icra başçısının köməkçisi Afiq Kərimov və sürücüsü Elçin rayonda sözün həqiqi mənasında “at oynadır”. Onlar yaxın qohumlarını işə düzəltməklə yanaşı, həm də bəzi səlahiyyətlər də veriblər. İcra başçısının sürücüçü Elçin rayondakı bütün idarə və müəssisələrdən pul yığır. Onun sözünə qulaq asmayanları isə hədələməkdən belə çəkinmir.Rayon sakini deyir ki, Hacıqabul İcra Hakimiyyətinin İctimai Siyasi və Humanitar məsələlər şöbəsinin baş məsləhətçisi İmamətdin İmanov və hüquq şöbəsinin müdiri Tariyel İsgəndərov, İnformasiya Təminatı və Təhlil Sektorunun müdiri Rəşad Abbasov vətəndaşlarla ümumiyyətlə, davranmaq qaydalarını bilmirlər: “Tariyellə İmamətdin vətəndaşların canını boğaza yığıblar. Rayonda hamı Taryel İsgəndərovu «100-lük Tariyel» kimi tanıyırlar. O, qəbulunu gələn vətəndaşdan pul almadan otağından belə qırağa buraxmaz. İmamətdin isə idarə və müəssisə rəhbərlərini şərləməklə şantaj edir”.Müraciətdə rayonda sosial narazılıqların dözülməz həddə olduğu vurğulanmaqla yanaşı, bununla bağlı ölkə başçısına da müraciətin ünvanlanacağı istisna olunmur. Yazıdakı iddialarla bağlı adıçəkilən şəxslərin də mövqeyini dərc etməyə hazırıq.
Bu arada arxiv.bizimxeber.az-a daxil olan məlumata görə, Hacıqabul rayonunda baş verən qanunsuz əməlləri, qiymətlərin süni qaldırılması və digər ciddi hadisələrlə bağlı Əhməd Muxtarov narahat görünmür. Administrasiyadakı adamının “tapşırıqlarını” canla-başla yerinə yetirən Əhməd Muxtarov həm də özünü mətbuatdan sığortalayıb. Bir qrup oxunan və ya oxunmayan saytlara pul ötürən icra başçısı bu yolla rayonda baş verən qanunsuz əməllərinin mətbuat gündəminə çıxarılmasının qarşısını alır. Bununla da dövlətə və prezidentə xəyanət etmiş olur. Rayonda istədiyini edərək, vətəndaşlara qarşı haqsız davranışları ilə yadda qalan Əhməd Muxtarov bu yolla məlumatların yayılmasının qarşısını alır. Yaxın günlərdə Əhməd Muxtarovun “mətbuatı” kimin vasitəsi ilə ələ aldığı, “makler”in kimliyini, hansı savada malik olduğunu və siyahıda hansı saytların olduğunu, bu işdə daha kimlərin vasitəçiliyi barədə məlumat dərc edəcəyik…
İlkin
arxiv.bizimxeber.az
NƏHAYƏT Kİ,HAQQ ƏDALƏT hACIQABUL RAYONUNDAN DA VAZ KEÇMƏDİ. ƏLİ-QOLU ZORLULARI BƏLƏDİYYƏ SƏDRİ SEÇƏN, HƏRBƏ-ZORBA GƏLMƏYİ BACARAN, SAVADSIZ KADRLARI ƏTRAFINDA TOPLAYAN,ÖMÜR BOYU ÇOBAN OLMUŞ İNSANI BƏLƏDİYYƏ SƏDRİ SEÇƏN(NAVAHI BƏLƏDİYYƏSİ XƏLİLOV BABA ƏLİBALA OĞLİ)VƏ BU BƏLƏDİYYƏLƏRİN VASİTƏSİLƏ PUL YIĞDIRAN İCRA BAŞÇISI. HACIQABUL RAYONU SEL SULARINDAN ZƏRƏR ÇƏKƏN VAXTI BƏLƏDİYYƏLƏR VASİTƏSİLƏ PUL YIĞDIRIB ZƏRƏR ÇƏKMİŞ EVLƏRİN ƏVƏZİNƏ SEL GÖRMƏYƏN SAKİNLƏRƏ EV TİKDİRƏN İCRA BAŞÇISI. FHN-NİN TİKİNTİ İDARƏSİ İLƏ ƏLBİR OLUB MİLYONLARA SAHİB OLAN İCRA BAŞÇISI. ÖMÜR BOYU ÇOBANLIQ EDƏN, SAVADI OLMAYAN XƏLİLOV BABA ƏLİBALA OĞLU KİMİ BƏLƏDİYYƏ SƏDRLƏRİNİN ƏLİ İLƏ RUL YIĞDIRAN, CAMAATA HƏBƏ-ZORBA GƏLƏN İCRA BAŞÇISI.
Taryel çox alçaq adamdı.. Adam əməlli başlı banditdir. Rayonu şapıb taladı. Allah onun bəlasını versin.