Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

ABŞ tankları Azərbaycanla sərhəddə
ABŞ tankları Azərbaycanla sərhəddə
21 Yanvar 2016 / 11:58 / Baxış sayı: 1302
Font1 Font2 Font3 Font4

Amerikanın “Abrams” tankları Gürcüstanda ABŞ ilə birgə keçirilən Noble Partner-2016 miqyaslı hərbi təlimlərə cəlb ediləcək. Təlimlər mayda Tbilisi yaxınlığında keçiriləcək. 

Bu barədə “Rustavi 2” teleşirkəti Gürcüstanın müdafiə naziri Tina Xidaşeliyə istinadən məlumat yayıb. Məqsədi Gürcüstan və ABŞ hərbçiləri arasında əməkdaşlığın gücləndirilməsi olan miqyaslı Gürcüstan-Amerika “Layiqli tərəfdaş” (Nobel Partner-2015) hərbi təlimləri keçən ilin mayında keçirilib.

400 gürcü və 200-dən çox amerikalı hərbçinin cəlb edildiyi təlimlər Tiflis yaxınlığında Vaziani hərbi bazasında keçirilmişdi. Keçən ilki təlimlər üçün Gürcüstana Amerikanın ağır texnikası – 14 ədəd “Bredli” hərbi piyada maşını, lojistikanın təminatı üçün maşınlar, eləcə də təlim üçün ləvazimatlar gətirilmişdi. 2016-cı ilə planlaşdırılmış təlimlər üçün ABŞ-dan mexaniki və piyada bölüklərinin hərbçiləri gələcək. Gürcü hərbçiləri Amerika tanklarını almazdan öncə ABŞ-ın digər növlü hərbi texnikasında təlimlər keçiblər.

Teleşirkətin məlumatına görə, gürcü tərəfi ABŞ-dan artıq 70 ton hərbi yük alıb və tanklardan başqa da əlavə yükün gətiriləcəyi gözlənilir.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə