Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

MN-nin keçmiş işçisinin oğlunun məhkəmə vaxtı bilindi
MN-nin keçmiş işçisinin oğlunun məhkəmə vaxtı bilindi
21 Yanvar 2016 / 12:25 / Baxış sayı: 1372
Font1 Font2 Font3 Font4

Rüfət Səfərovun apelyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsində baxılacaq. Rüfət Səfərov barəsində seçilən həbs qətimkan tədbirinin ləğv edilməsi ilə bağlı yanvar ayının 18-də Bakı Apellyasiya Məhkəməsinə verilən şikayət üzrə məhkəmənin vaxtı bəlli olub.

Sabiq müstəntiqin hüquqlarını müdafiə edən vəkil Bəhruz Bayramov bildirib ki, R.Səfərov barəsində seçilmiş həbs qətimkan tədbirinin dəyişdirilməsi ilə bağlı apellyasiya şikayətinə yanvarın 22-də saat 16: 00-da Bakı Apellyasiya Məhkəməsində baxılacaq. Prosesə hakim Ramazan Burcayev sədrlik edəcək.

Vəkil həmçinin, hazırda R. Səfərovun səhhətinin normal olduğunu, istintaq təcridxanasında qan təzyiqinə qarşı dərmanlar qəbul etdiyini bildirdi.

Bəhruz Bayramov – Rüfət Səfərovun hüquqlarını müdafiə edən vəkil

Yanvar ayının 15-də Zərdab rayon Prokurorluğunun müstəntiqi Rüfət Səfərov, barəsində qaldırılan cinayət işi üzrə dindirilmək üçün Baş Prokurorluğa çağırılıb və orada saxlanılıb.

R.Səfərov barəsində həbs-qətimkan tədbiri seçilərək Binəqədi Rayon Məhkəməsinə aparılıb. Binəqədi rayon Məhkəməsinin qərarına əsasən R. Səfərov Cinayət Məcəlləsinin 311-ci (rüşvət alma) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, R. Səfərov bir müddət əvvəl “Prokurorluq haqqında” Azərbaycan RespublikasıQanununun 34-cü və “Azərbaycan Respublikası Prokurorluğu işçilərinin etik davranış Kodeksi”nin 30 və 31-ci maddələrinin tələblərini kobud surətdə pozaraq prokurorluq orqanlarında prokuror və ya müstəntiq vəzifəsi ilə bir araya sığmayan hərəkətlərə yol verdiyinə görə prokurorluq orqanlarından xaric olunub.

Yanvar ayının 16-da Bakı 1 saylı İstintaq Təcridxanasına köçürülən keçmiş müstəntiqin səhhətində köçürüləndən 2 gün sonra problem yaranıb.

Dekabrın 18-də oğlunun səhhəti ilə bağlı açıqlama verən R. Səfərovun atasıMüdafiə Nazirliyinin mətbuat xidmətinin sabiq rəhbəri Eldar Sabiroğlu bildirmişdi ki, Rüfətin səhhətində problem yaranıb və saxlandığı 1 saylı Bakı İstintaq Təcridxanasına təcili yardım əməkdaşları çağırılıb. Bildiyimə görə, hazırda onun vəziyyəti normaldır. Onsuz da Rüfət yüksək qan təzyiqi xəstəliyindən əziyyət çəkirdi.

arxiv.bizimxeber.az


Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə