Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Sabah küləkli hava olacaq – Proqnoz
Sabah küləkli hava olacaq – Proqnoz
21 Yanvar 2016 / 14:07 / Baxış sayı: 340
Font1 Font2 Font3 Font4

Yanvarın 22-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən arxiv.bizimxeber.az-a verilən məlumata görə, mülayim cənub-qərb küləyi gündüz arabir güclənəcək, axşam şimal-qərb küləyi ilə əvəzlənəcək. Havanın temperaturu gecə 5-7, gündüz 9-14 dərəcə isti olacaq. Bakıda gecə 5-7, gündüz 12-14 dərəcə isti proqnozlaşdırılır.

Sabah Abşeron yarımadasında atmosfer təzyiqinin enməsi fonunda gündüz arabir güclənən gilavar küləyi meteohəssas insanlarda narahatlıq hiss yarada bilər. Yanvarın 23-də mülayim xəzri küləyinin əsməsi və iqlim normasına yaxın iqlim şəraiti meteohəssas insanlar üçün əsasən əlverişli olacaq.

Azərbaycanın rayonlarında əsasən, yağmursuz hava şəraiti gözlənilir. Səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 1-6 dərəcə isti, gündüz 10-15 dərəcə isti olacaq. Dağlarda gecə 1-6, yüksək dağlıq ərazilərdə 6-9 dərəcə şaxta, gündüz 7-12 dərəcə isti olacağı gözlənilir.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə