Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Deputatın biznesmen kürəkəni məhkəmədən gizlənir – Yeni faktlar
Deputatın biznesmen kürəkəni məhkəmədən gizlənir – Yeni faktlar
21 Yanvar 2016 / 14:20 / Baxış sayı: 1414
Font1 Font2 Font3 Font4

Millət vəkili Eldar Quliyevin biznesmen kürəkəni Abbas Səfərov və onun anası məhkəməyə gəlməkdən boyun qaçırır. AzNews.az xəbər verir ki, bu gün Apellyasiya Məhkəməsində Zəngilandan köçkün düşən ailənin şikayəti bağlı keçirilməli olan məhkəməyə qarşı tərəf olan Abbas Səfərov və anası Məhluqə Qibləliyeva gəlmədiyi üçün proses təxirə salınıb.

Xatırladaq ki, keçən ilin dekabrın 10-da Nəsimi Rayon Məhkəməsinin hakimi Elman İsayevin sədrliyi ilə keçirilən prosesdə məhkəmə Abbas Səfərovun anası, “Kapitol” tikinti şirkətinin direktoru Məhluqə Qibləliyevanı (əslində şirkətin sahibi Abbas Səfərovdur, lakin bu və ya digər məhkəmə proseslərində ona irəli sürülən ittihamlardan qaçmaq üçün şirkəti 70 yaşlı anasının adına keçirib) 5000 manat cərimə edilməsi haqda hökm çıxarıb. Amma dövlət ittihamçısı Məhluqə Qibləliyevaya 3 il 6 aylıq həbs istəyib. Ailə məhkəmənin qərarından apellyasiya şikayəti verib.

Köçkün ailənin üzvü Vahid SadıqovAzNews.az-a bildirib ki, Nəsimi Rayon Məhkəməsi biznesmenin alətinə çevirilib və bu proses Apellyasiya Məhkəməsində də başlayıb: “Hələ Nəsimi Rayon Məhkəməsində iş başladığı zaman prosesin necə olacağını bilirdik. Çünki məhkəmənin sədri Ağamalı Qafarov Abbas Səfərovun yerlisidir. Dekabrın 10-da verilən qərardan 3 gün sonra hökmün sürəti bizə göndərilməli idi. Amma nədənsə göndərilmədi. Bir necə dəfə məhkəməyə getdim. Hakim Elman İsayevin katibi mənə bildirdi ki, guya dekabrın 14-də hökmün sürəti bizə göndərilib. Açıq çəkildə görünür dü ki, onlar hökmün sürətini bizə göndərməməklə bizim apelyasiya şikayəti vermək müddətimizin keçmişini istəyirlər. Axırda məcbur olub tanışlıq yoluyla, çox böyük əziyyətlə dekabrın 28-də hökmün sürətini əldə edə bildim və apellyasiya şikayəti verdim. Ümumiyyətlə, qarşı tərəf müxtəlif bəhanələrlə keçirilən 13 məhkəmə prosesindən 6-na gəlmədi. Həmçinin digər keçirilən proseslərdə də şou yaradırlar. Məsələn, keçən ilin oktyabrın 15-də keçirilən prosesdə Məhluqə Qibləliyevayanın dindirilməsi zamanı vəkil həyasızcasına məhkəməni pozdu. Nəsimi Rayon Məhkəməsi də bütün bunları hamısına göz yumdu. Məhkəmənin verdiyi hökm zərərçəkən Zərqələm Sadıoqvaya vurulan həm mənəvi, həm də maddi ziyanın qarşısında bu onlar üçün heç nədir”.

Vahid Sadıqov qeyd edib ki, Bakı Şəhər Prokurorluğuna və Baş Prokurorluğa işə protest verilməsi üçün müraciət ediblər: “Hər iki prokurorluğa müraciət etsəm də, protest verilmədi. Bütün bunların hamısı bir daha sübut edir ki, “Kapitol” şirkətinin sahibləri güclü maliyyə imkanların sahib olduqları üçün onları həm məhkəmədə, həm də prokurorluqda müdafiə edib cinayət əməllərinə göz yumurlar. Zərərçəkən Sadıqova Zərqələm onun hüquqlarını müdafiə edilmədiyi üçün artıq vətəndaşlıqdan imtina etməsindən başqa çarəsi qalmayıb”.

Qeyd edək ki, “Kapitol” şirkəti ilə köçkün ailə arasındakı dava 10 il əvvəldən başlayıb. Belə ki, Bakının mərkəzində göydələnlər ucaldan “Kapitol” tikinti şirkəti müxtəlif qanunsuzluqlar edərək Zəngilandan məcburi köçkün olan ailəni 10 ildən artıqdır ki, küçələrə salıb. “Kapitol” şirkətinin rəhbəri Abbas Səfərov ailənin məskunlaşdığı yurd- yuvanı yerlə yeksan edib. Şirkət dəfələrlə məhkəmələrin ailənin xeyrinə çıxardığı qərarları yerinə yetirməyib.

Elə məhkəmənin qərarını yerinə yetirmədiyinə görə, şirkət rəhbərliyinə cinayət işi açılıb. Hazırda hımin cinayət işiylə bağlı Apellyasiya Məhkəməsində iş aparılır. Lakin göründüyü kimi, hələlik qarşı tərəf məhkəmə proseslərinə qatılmaq istəmir. Onu da bildirək ki, A.Səfərov millət vəkili, iqtisad üzrə fəlsəfə doktoru, professor, Azərbaycan Kooperasiya Universitetinin rektoru Eldar Quliyevin kürəkənidir.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə